atatv.az
atatv.az

Bakıda Gənc Pianoçuların Beynəlxalq Müsabiqəsi keçiriləcək

30-05-2019, 11:44

Bakıda Gənc Pianoçuların Beynəlxalq Müsabiqəsi keçiriləcək

İyunun 1-dən 5-dək Bakıda “CASPİAN ÉTUDE” Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, müsabiqə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq. Müsabiqədə iştirak gənc musiqiçilərin fərdi yaradıcılığının inkişafını, həmçinin onların ifaçılıq vərdişlərinin gələcəkdə təkmilləşdirilməsini, habelə konsert və pedaqoji repertuarlarının dünyada məşhur olan ən yaxşı klassik musiqi nümunələri ilə zənginləşməsini təşviq edəcək. 16 yaşına qədər iştirakçılar arasında, dörd yaş kateqoriyasında keçiriləcək müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələrinin və musiqi kolleclərinin tələbələri iştirak edəcəklər. Müsabiqədə gənc istedadları Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov (Rusiya), tanınmış pianoçu Marko Freyvə Azərbaycanın Xalq artisti, beynəlxalqa mükafatlar laureatı Murad Hüseynovdan ibarət münsiflər heyəti qiymətləndirəcək.

Beynəlxalq Muğam Mərkəzində reallaşacaq müsabiqə Azərbaycan bəstəkarlarının yaradıcı irsini, Azərbaycan musiqisini tanıtmaq, gənc, istedadlı musiqiçiləri aşkar etmək və dəstəkləmək, aparıcı müəllimlərin yenilikçi ideyalarının və təcrübələrinin mübadiləsi, həmçinin iştirakçı-ölkələr arasında beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.

Ətraflı məlumatı http://www.caspianetude.az rəsmi internet səhifəsindən əldə etmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930