ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda nəvə 77 yaşlı nənəsini öldürüb yandırdı — Təfərrüat

Baxış Sayı:257

Bakıda nəvə 77 yaşlı nənəsini öldürüb yandırdı — Təfərrüat

Bakıda 77 yaşlı nənəsini öldürdüb yandırmaqda şübhəli bilinən Eldar Əfəndiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhməkə hazırlıq iclası hakim Mirzə Xankişiyevin sədrliyi ilə iyun ayının 4-də keçiriləcək.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan verilən məlumata görə, noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş verən yanğın saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış, 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR