atatv.az
atatv.az

Ramos "Real"da qalır - "İki həftədən sonra evlənəcəm"

31-05-2019, 09:14

Ramos "Real"da qalır - "İki həftədən sonra evlənəcəm"

Çin klubuna keçəcəyi haqda xəbərlər yayılan "Real"ın kapitanı Serxio Ramos mətbuat konfransı keçirib.

Atatv.az qol.az-a istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi haqqında yayılan söz-söhbətlərə aydınlıq gətirib. O, "Real"dan ayrılmaq fikrində olmadığını və karyerasını Madrid klubunda başa vurmaq istədiyini bildirib:

"Klub prezidenti ilə ata-oğul kimiyik. Onunla birlikdə yeni "Real" qurmaq istəyirəm. Klub üçün oynamağa hələ gücüm var. Bu, 2, 4 və ya 6 il ola bilər. Mediada haqqımda yayılan xəbərlərə görə məyusam. Bu gün hər şeyə aydınlıq gətirmək istədim. Daha çox pul qazanmaq istəməyimlə bağlı ucuz söhbətlər dolaşır. İki həftədən sonra toyum olacaq. Buna görə də bu söhbəti bağlamaq istəyirəm".

Qeyd edək ki, Ramosun İspaniya banklarının birindən küllu miqdarda pul götürdüyü və bu vəsaiti ödmək üçün ona daha yaxşı müqavilə təklif edən Çin klubuna keçəcəyi haqda xəbərlər yayılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930