atatv.az
atatv.az

Mehdiabad kənd musiqi məktəbinin uğurları göz önündə

1-06-2019, 12:18

Mehdiabad kənd musiqi məktəbinin uğurları göz önündə

Hər kəsə bəllidir ki, Azərbaycan xalqı zaman-zaman öz musiqisi, incəsənəti, mədəniyyəti və bir çox maddi-mədəniyyət abidələrinin varlığı ilə, dünya xalqları sırasında sayılıb seçilən xalqlardan biri olub. Bu həm faktdır, həm də isbat olunmasına ehtiyacı olmayan əsaslı sübutlardır. Belə bir səbəblər üzündən də, xalqımız əldə etdiyi nailiyyətləri ilə hər zaman öyünüb, yeri gəldikdə iftixar hissi də keçirib. Düzdür, hər bir xalq əsrlər boyu əldə etdikləri nailiyyətləri öz adları ilə bağlamağa çalışmış və imkan düşdükcə, bu yöndə müəyyən addımlarını da atıblar. Onu da unutmaq olmaz ki, xalqımız nadir istedad sahibi olan övladlarının sayəsində əsrlər boyu musiqimizi, mədəniyyətimizi, incəsənətimizi, ədəbiyyatımızı və s. sahələri inkişaf etdirmiş və bəşər tarixində layiq olduğu yerinin də tutmuşdur. Sovet dönəmində aparıcı korifey sənətkarlarımızın Azərbaycan mədəniyyətinin hərtərəfli şəkildə inkişaf etdirilməsi yöndə atdıqları addımlar da, xüsusi əhəmiyyətə malik olmuşdur. Bəli, bu gün onların buraxdıqları iz araşdırılır, hərtərəfli tədqiqat işləri aparılmaqla öyrənilir. 1991-ci ildə respublikamız ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən sonra, xalqımız mədəniyyətini, incəsənətini, musiqisini, bir sözlə ictimai və mədəni həyatımızın bütün sahələrini inkişaf etdirməyə nail oldu. Hətta, unudulmuş bəzi sahələr dövlət qayğısı sayəsində yenidən dirçəldildi. Məsələn, Azərbaycan mədəniyyətinin bir sahəsi olan muğam sahəsinin inkişafını buna misal deyə bilərik. Çünki, göstərilən dövlət qayğısı sayəsində bu sahə elə bir zirvəyə yüksəldi ki, bu da son anda Azərbaycan adının dünyada daha da məşhurlaşması ilə nəticələndi.
Bəli, bu gün mədəniyyətimizin hərtərəfli inkişaf etdirilməsində respublikamızın şəhər və rayonlarında, kənd və qəsəbələrində fəaliyyət göstərən musiqi məktəblərinin, ayrı-ayrı dərnəklərin, dərsdən kənar fəaliyyət növlərinin və s-lərin də xüsusi rollları var. Sözsüz ki, bu məktəblərdən biri də, Abşeron rayonu, Mehdiabad kənd musiqi məktəbidir. Bu məktəb 1984-cü ildən fəaliyyət göstərməyə başlayıb və 2004-cü ildən bugünə kimi məktəbdə direktor vəzifəsini İbrahimova Təranə Məhərrəm qızı daşımaqdadır. Adı çəkilən bu xanım, ötən illər ərzində rəhbərlik etdiyi Mehdiabad kənd musiqi məktəbində ən nümunəvi qaydalarla idarəçiliyini həyata keçirib ki, bu da saysız-hesabsız uğurların əldə olunmasına səbəb olub. Belə bir səbəblər üzündən də, məktəbin bugünə kimi əldə etdiyi uğurları onun adının daha da məşhurlaşması ilə nəticələnib.
Bu ilin 30 may günü Mehdiabad kənd musiqi məktəbinin akt zalında keçirilən möhtəşəm tədbir də, məhz ən yaddaqalan hadisələrdən biri oldu. Tədbiri ilk olaraq Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov açıb çıxışına başladıqdan sonra, o, hər kəsi salamlayır. İdarə rəisi çıxışı zamanı mədəniyyətimizin yaşadılmasında dərin zəhməti olan müəllim kollektivini, uşaqları ürəkdən təbrik edərək, hər kəsə xoş arzularını da çatdırır. Mehman Şükürov çıxışı zamanı vurğulayır ki, “məktəbin müəyyən qədər təmirsiz olmasına baxmayaraq, bugünkü fəaliyyətiniz lazımınca dəyərləndirilir. Əgər kimsə yaxşı fəaliyyət göstərmirsə, mən hər kəsi daha yaxşı çalışmağa dəvət edirəm”. O, müqəddəs Ramazan bayramı ilə də bağlı tədbir iştirakçılarını təbrik edib, hər kəsə xoş arzularını çatdırır və onu da bildirir ki, “hər bir uşaq bizim övladımızdır və uşaqlara biz diqqətlə yanaşmalıyıq. Onlar bizim gələcəyimiz və mədəniyyətimizi də yaşadanlar olacaqlar. Bu tədbir başa çatdıqdan sonra biz digər məktəblərə də baxış keçirəcəyik və çalışacağıq ki, həmin məktəblərdə də ümumi vəziyyətlə yaxından tanış olaq. İndi uşaqlara fəxri fərman verəcəyik, kim buradadırsa həmin şəxsə fəxri fərmanı mən verəcəyəm. Kim də burada deyilsə, fəxri fərmanı həmin uşağın özünə çatdırarlar.” Bu minvalla tədbirin gedişi zamanı bir neçə nəfər nümunəvi şagirdlə bərabər, bir neçə müəllimə də fəxri fərman verilir. Mehman Şükürov çıxışı zamanı onu da qeyd edir ki, “ola bilər ki, bu gün kimsə təltif olunmadı, yaddan çıxan kimsə varsa, o halda biz nazirlik qarşısında məsələ qaldırarıq və həmin şəxslərin də təltif olunması həyata keçirilər”. Məktəbin direktoru Təranə İbrahimova isə çıxışı zamanı vurğulayır ki, “bizim məktəbin müəllim və şagird kollektivinin hər bir fəxri fərmana layiqdir”. Tədbirin sonunda valideyinlərin iştirakı ilə xatirə şəkili çəkilir ki, bu da ən yaddaqalan addımlardan biri olur. Onu da bildirək ki, keçirilən tədbirdə rayondakı musiqi məktəbinin direktorları, bəzi vəzifə sakhibləri, yaradıcı kollektivin üzvləri ilə bərabər, Sumqayıt Regional Mədəniyyət idarəsinin rəis müavini İlham Əhmədov da iştirak edir.
Bütün bunlar onu söyləməyə əsas verir ki, hal-hazırda Abşeron rayonu, Mehdiabad kənd musiqi məktəbi saysız-hesabsız uğurları ilə fəxr edib, iftixar hissi də keçirir. Buna səbəb, Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində bu məktəbin silinməz izlər buraxması, neçə-neçə korifey sənətkarlarımızın yetişməsində mühüm rol oynamasıdır. Elə bu səbəbdən də, Mehdiabad kənd musiqi məktəbinin adı hansı ünvanda çəkilirsə, hansı tədbirlərdə müzakirə olunursa, hər kəs bu məktəbi mədəniyyətimizin beşiyi adlandırmaqdan da çəkinmirlər. Çünki, belə bir yanaşmanın həqiqətə söykənən ciddi əsasları var. Bütün bunların nəticəsidir ki, Təranə İbrahimovanın rəhbərlik etdiyi Mehdiabad kənd musiqi məktəbinin adı, bu gün Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələrini bəxş edən məktəblərdən biri olaraq hallanmaqdadır.

“AtaTv.az” xəbər portalının xüsusi müxbiri Esmira Allahverdiyeva

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930