atatv.az
atatv.az

Bu işsizlərə pul veriləcək – Baş nazirdən qərar

2-06-2019, 11:32

Bu işsizlərə pul veriləcək – Baş nazirdən qərar

Baş Nazir Novruz Məmmədov "Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın təsdiq edib.


Anews.az xəbər verir ki, qayda "Məşğulluq haqqında” Qanunun 29.3-cü maddəsinə əsasən hazırlanıb.


Qaydaya görə, işsiz kimi qeydiyyata alınmış şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və "DOST” mərkəzlərinın göndərişi ilə peşə hazırlığı aldığı dövrdə aylıq təqaüd almaq hüququna malikdirlər.


İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda, ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.


Peşə hazırlığı dövründə təqaüdün məbləği minimum aylıq əməkhaqqı məbləğində müəyyən olunur.


Peşə hazırlığı dövründə bu Qaydanın 1.4-cü bəndi ilə müəyyən edilmiş məbləğdə təqaüd Xidmət tərəfindən peşə hazırlığına cəlb olunan işsiz şəxsin bank hesabına köçürülür.


Peşə hazırlığına cəlb olunan işsiz şəxsə təqaüdün ödənişi tədris prosesi başlandıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla ödənilir.


Tədris ayı tam olmadıqda, təqaüdün məbləği həmin ay ərzində olan iş günlərinin sayına bölünüb tədris günlərinin sayına vurulmaqla müəyyən edilir.


Peşə hazırlığına cəlb olunmuş işsiz şəxsə verilən təqaüd aşağıdakı hallarda dayandırılır:


- işsiz kimi qeydiyyatı ləgv edildikdə;


- işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;


- təhsil müəssisəsindən xaric olunduqda.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031