atatv.az
atatv.az

Stalinin ailə sirləri və ya rəhbərin neçə uşaqları olub?

3-06-2019, 14:12

Stalinin ailə sirləri və ya rəhbərin neçə uşaqları olub?


I yazı

Azərbaycan xalqının əksəriyyəti istər ittifaq zamanı, istərsə də, müasir dövrdə “SSRİ Xalqları Atası”-nın şəxsi həyatı və ailəsi haqqında demək olar ki, heç nə bilmir. Bildikləri də, “Stalin oğlunu generala dəyişmədi”, “oğlunu müharibəyə birinci yolladı” və s. bu kimi populist ifadələrdir. Fərdi şəxsləri hesaba almasaq, onun ikinci həyat yoldaşı və mənşuqələrindən olan övladları haqqında demək olar ki, heç kim bilmir.
Gəlin ardıcıllıqla Stalinin həyat yoldaşları, mənşuqələri, övladları, nəvə-nəticələri haqqında ardıcıllıqla söhbət açaq...
Hələ Stalin kimi tanınmayan, həm quldurluqla, həm də inqilabi fəaliyyətlə məşğul olan İosif Cuqaşvili ilk dəfə 1906-cı ildə ailə həyatı qurur. O, inqilabçı yoldaşlarından olan Aleksandr Svanidzenin bacısı Kato Svanidze ilə evlənir. Onu da qeyd edək ki, onlar məhz Bakıda tanış olublar. Bu evlilikdən 1907-ci ildə Yakov adlı oğulları dünyaya, gəlir, lakin xöşbəxt ailə həyatı uzun sürmür. Belə ki, 1907-ci ilin 5 dekabrında İosifin sevimli Katosu vərəm (bəzi məlumatlara görə qarın yatalağı) xəstəliyindən vəfat edir. Onun ölümü İosifi depressiyaya salsa da, inqilabi fəaliyyətindən uzaqlaşdırmır.
Stalinin ailə sirləri və ya rəhbərin neçə uşaqları olub?


Kato Svanidze. Stalinin ilk məhəbbəti olsa da, xəstəlik onu ondan ayırdı

Onların yeganə övladları olan Yakov Cuqaşvili məhz yuxarıda haqqında məşhur “ifadə”lər söylənən oğludur. Amma biz onun həyatı və əsirliyindən danışmayacağıq, bu ayrıca və geniş mövzudur.

Stalinin ailə sirləri və ya rəhbərin neçə uşaqları olub?

Yakov Cuqaşvili, rəhbərin ilk övladı olsa da, o heç vaxt ata nəvazişi görmədi


Yakov Cuqaşvili 19 yaşında sinif yoldaşı olan 16 yaşlı Zoya Qunina ilə ailə həyatı qurur. Böyük liderin birinci oğlu subaylığın daşını atsa da, bu onun sonuncu evliliyi olmayacaqdı. Gənc cütlüklərin qız övladları dünyaya gəlsə də, tezliklə valideynlərin səhlənkarlığı üzündən körpə xəstələnərək vəfat edir. Bu hadisədən sonra onlar bir-birlərindən soyuyurlar. Tezliklə bu soyuqluq ayrılıqla nəticələnir.
1935-ci ilin əvvəllərində Yakovun Olqa Qoluşeva ilə izdivacı başlayır. Bu izdivacdan onların 1936-cı ildə Yevgeni adında oğulları dünyaya gəlir. Amma onlar münasibətlərini rəsmləşdirmirlər.
11 dekabr 1935-cı ildə Yakov yenidən evlənir. Bu dəfə o, özündən 4 yaş böyük, sirkdə ballerina aktrisası kimi çalışan yəhudi Yudif Melçer ilə ailə həyatı qurur. Bu Yakovun say etibarı ilə ikinci, “xanım”nın isə beşinci evliliyi idi. Bu evlilikdən 18 fevral 1938-ci ildə Qalina adında qızları dünyaya gəlir. Bu körpə Stalinin ilk rəsmi (ölmüş nəvəsini və qeyri-qanuni dünyaya gələn Yevgenini nəzərə almasaq), həmçinin ən sevimli nəvəsi olur.
Bir maraqlı məqamıda qeyd edək ki, Yakovun bu evliliklərinin heç birinə ata Stalin razı olmamışdı.
Stalinin ailə sirləri və ya rəhbərin neçə uşaqları olub?

Evgeni Cuqaşvili – rəhbərin ilk oğul nəvəsi.


Böyük Vətən müharibəsinin başlaması ilə Yakovda müharibəyə yollanır. 1941-ci ilin iyulunda baş leytenant Cuqaşvili Vitebs uğrunda gedən döyüşlərdə almanlara əsir düşür (başqa versiyaya görə isə o, Vitebs döyüşündə mühasirəyə düşərək son damla qanına qədər döyüşür və həlak olur). O, Zaksenhauzen konslagerinə saxlanılır, 1943-cü ildə qaçmağa cəhd göstərdiyinə görə güllələnir.
Stalinin qeyri-qanuni nəvəsi olan Yevgeni Cuqaşvili (1936-2016) də, atasının yolunu gedərək hərbiçi olur. O, hərbi mühəndislik akademiyasını bitirərək polkovnik rütbəsinədək yüksəlir. Evgeni həmçinin tarix və hərb elmləri üzrə professordu. 2005-ci ildə Hollandiya universiteti Maastrixtin dəstəyi ilə “Yalta konfransının 60 illiyinə” həsr olunan mərasimə dəvət edilir. Yalta konfransının digər səbəbkarları olan Uinston Çörçil və Franklin Ruzveltin nəvələri də dəvət edilir. Beləliklə üç liderin nəvələri bu tədbirdə iştirak edirlər.
Stalinin ailə sirləri və ya rəhbərin neçə uşaqları olub?

Qalina Cuqaşvili – Stalinin ən sevimli nəvəsi

Yevgeni Cuqaşvilinin Nanuli Nozadze ilə ailə həyatı qurub. Onun Visarion, Yakov adlı iki oğlu, İosif, Vasili və Olqa adında nəvələri var.
Stalinin ailə sirləri və ya rəhbərin neçə uşaqları olub?

Yakov Cuqaşvili. Stalinin yerdə qalan züriyətləri içərisində ən çox babasının adını uca tutaraq, onunla fəxr edir

Polkovnik Cuqaşvili 2015-ci ildə “Mənim babam Stalin. O – müqəddəsdir”! kitabını yazır. Bir il sonra isə vəfat edir.
Nəvə Visarion Cuqaşvili 2001-ci ildə alman kinematoqrafçıları ilə birgə “Yakov – Stalinin oğlu” bədii filmini lentə alır. Film ilk dəfə Nyu-Yorkda “Red Shift Film” festivalında nümayiş olunur.
Onun qardaşı Yakov Cuqaşvili isə Stalinin şəxsiyyətini və ideyologiyasını təbliğ edən ictimai xadim kimi tanınır.
Stalinin böyük oğlundan olan digər nəvəsi Qalina isə ixtisasca filoloqdur, həmçinin filologiya üzrə elmlər namizədidir. Vaxtı ilə Moskvada Dünya Ədəbiyyatı İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1970-ci ildə o, BMT-də fövqəladə vəziyyətlə bağlı ekspert kimi çalışan Əlcəzair vətəndaşı Hüseyn ben Saad ilə ailə həyatı qurur və onların Səlim adında oğulları dünyaya gəlir. Beləliklə, Stalinin nəticələrindən biridə əlcəzairlidir. Qalina Cuqaşvili bir neçə əsərlərin müəllifidir. Onun qələm məhsulunun ən maraqlıları isə sənədli-xatirə janrında yazılmış “Rəhbərin gizli ailəsi” və “Rəhbərin nəvəsi : baba, ata, ana və digərləri” kitabların müəllifidi. Q.Cuqaşvili 2007-ci ilin 27 avqustunda vəfat edib və Moskvada Novodeviçye qəbristanlığında dəfn edilib.

Ardı var...


Abdulla İsmayıloğlu

AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930