atatv.az
atatv.az

Dünya işsizlik dalğası ilə qarşı-qarşıya: Geosiyasi və hərbi gərginlik...

3-06-2019, 18:02

Dünya işsizlik dalğası ilə qarşı-qarşıya: Geosiyasi və hərbi gərginlik...

Ticarət müharibələrinin qızışması dünya ticarətinin zəifləməsinə səbəb olacaq.

İqtisadçı ekspert Natiq Cəfərli Redaktor.az-a açıqlamasında neft qiymətlərinin kəskin ucuzlaşmasının səbəblərinə aydınlıq gətirib.

İqtisadçı hesab edir ki, dünya birjalarında neft qiymətlərinin kəskin ucuzlaşmasının 2 əsas səbəbi var:



“Birincisi, dünyada ticarət müharibələri qızışır. Yəni, ABŞ-Çin, ABŞ-Meksika, ABŞ-AB arasında yeni gömrük və vergi tariflərinin tətbiq edilməsi ilə bağlı qərarlar verildi. Bu qərarlara əks addımlar da atıldı. Görünür, dünya ticarətinin zəifləməsi istehsalın azalmasına gətirib çıxaracaq. Dünya ticarəti zəiflədikcə həm logistikanın, həm də istehsalın həcmi azalır ki, bu da neftə təlabatın azalması ilə müşahidə olunur. Hasilat isə azalmır, əksinə ciddi şəkildə artır. Əsasən də ABŞ-da son 3 ildə hasilat təqribən 8,6 milyon bareldən 12,4 milyon barrelə qədər artıb. Kanada və bir çox başqa ölkələrdə də artım var. Yəni, iqtisadi rıçaqlar neftin qiymətinin qalxmasına kifayət etmir”.

İqtisadçı vurğulayıb ki, son 2 ildə neftin qiymətinin artmasına əsas səbəb siyasi amillərdir:

“Yəni, OPEC-in hasilatı azaltmaqla bağlı qərarı bazara müdaxilə idi. Liviya, Venesuela, İran ətrafında gedən proseslər də neft qiymətlərinin qalxmasına təsir edən amillərdən idi. Dünyada gedən ticarət müharibələri isə neftin qiymətinə təsir edən amillərin effektini azaltdı. Digər tərəfdən, son 3 gündə müxtəlif mənbələr ABŞ və İranın artıq danışıqlara başlamasıyla bağlı məlumat yayırlar. İran məsələsinin həlli baş tutsa, yenidən rəsmi Tehran neft bazarına qayıdacaq və daha ciddi həcmdə neft hasilat edəcək. Liviya ilə bağlı məsələnin də yaxın zamanlarda həll olunması gözlənilir. Liviyada da potensial hasilat 1,8 milyon barel olsa da, bu gün cəmi 700-800 min barel neft hasil edir. Orada olan problem həll olunsa, Liviyadan da 1 milyon barel əlavə neftin bazara daxil olması gözlənilir. Artıq Venesuela ətrafında da problemlərin həll edildiyi müşahidə edilir. Hətta Maduro ilə müxalifətin ABŞ və AB vasitəçiliyi ilə danışıqlara başlaması ilə bağlı məlumatlar yayılır. Yəni, bütün bu xəbər axını neft qiymətlərinə mənfi təsir göstərir və qiymətlərin aşağı düşməsinə səbəb olur. İran, Venesuela, Liviya ilə bağlı gözləntilər özünü doğrultsa, neftin qiymətində növbəti ciddi ucuzlaşma dalğalarını görəcəyik”.

N.Cəfərli qeyd edib ki, neftin qiymətinin qalxması hərbi-siyasi gərginliklə bağlı ola bilər:

“Dünyada siyasi gərginliklər hərbi toqquşmalar səviyyəsinə gəlib çatsa, neft qiymətlərində növbəti artım görə bilərik. İqtisadi səbəblərdən neft qiymətlərinin artması ehtimalı sıfıra bərabərdir. Ancaq geosiyasi və hərbi gərginlik neft qiymətlərinin artmasına səbəb ola bilər. Bu olmasa, neft qiymətlərinin növbəti eniş dalğalarını yaxın gələcəkdə görəcəyik”.

N.Cəfərlinin sözlərinə görə, neft qiymətlərinin düşməsi istehsalçı ölkələrə mənfi təsir göstərir:

“Neft qiymətlərinin ucuzlaşması onların valyuta gəlirlərinin azalmasına səbəb olacaq. Amma istehlakçı ölkələrə neft qiymətinin enməsi müsbət təsir göstərir. Çünki neft qiymətlərinin azalması, benzinin, dizel yanacağının qiymətinin ucuzlaşmasına səbəb olur. Bu isə avtomobil satışlarının, benzin istehlakının, daşımacılığın və logistikanın başqa ölkələr daxilində artmasına gətirib çıxaracaq. Digər tərəfdən pərakəndə ticarətdə qiymətlərin azalması ilə nəticələnir”.

N.Cəfərli bildirib ki, dünya əhalisinin işsizliklə bağlı probleminin yeni dalğasının yaranmasına səbəb olacaq:

“Çünki gömrük və vergi rüsumlarının ölkələr tərəfindən artırılması, ümumilikdə istehsalın və iş yerlərinin azalmasına gətirib çıxaracaq”.

Xatırladaq ki, "Brent" markalı neft son 4 gün ərzində 9 dollardan çox ucuzlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930