atatv.az
atatv.az

Ay nə vaxt görünəcək? - Rəsədxanadan açıqlama

4-06-2019, 12:28

Ay nə vaxt görünəcək? - Rəsədxanadan açıqlama

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan bayramı ərəfəsində ayın görünüb-görünməməsi ilə bağlı məsələyə münasibət bildirib.

Atatv.az xəbər verir ki, QMİ-dən "Qafqazinfo"ya daxil olan məlumatada deyilir ki, çoxsaylı zəng və sorğulara cavab olaraq Şamaxı Astrofizika Rəsədxanası elmi əsaslarla bildirir ki, yeni ay iyunun 3-də 14:03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib. Təzələnmiş ayın Hilalının görünməsi yalnız Ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur.

Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın Hilalını gözlə görmək mümkün olar. Odur ki, Azərbaycan Respublikasının üfüqündə Şəvval ayının Hilalı 4 iyun tarixində - axşam saatlarında 20.20 - 21.06 radələrində gözlə görünəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930