atatv.az
atatv.az

Yurçeviçin pozitivliyi və nəticə...

10-06-2019, 18:20

Yurçeviçin pozitivliyi və nəticə...


Macarlarla oyundan bir gün əvvəl yığmamızın baş məşqçisi Nikola Yurçeviç “Qol.az” saytına müsahibəsində bildirmişdi:
“Futbolda hər şey mümkündür. Əlbəttə, qol buraxa bilərik. Amma istərdim pozitiv düşünüm. Sabah yaxşı oyun sərgiləməyə çalışacağıq. İlk qolu buraxsaq bunun əvəzini çıxmaq üçün əlimizdən gələni edəcəyik”.
İyunun 8-də milli komandamız “Millətlər liqasında” bizə yaxşı tanış olan Macarıstan kollektivi ilə matçda baş məşqçi N.Yurçeviç start heyətdə gözlənilmədən rotasiyalar etmişdi. Xüsusən də gənc, təcrübəsiz Anton Krivotsyuk, Rahil Məmmədov, Renat Dadaşovu ilk 11 likdə yer verməsi idi. Görünür, Yurçeviç macarların standart vəziyətlərdə və ikinci mərtəbədə daha təhlükəli olduqlarından A.Krivotsyuk ilə R.Məmmədovun uca boylu olmalarına görə şans vermişdisə də, R.Dadaşovun birbən-birə start heyətdə oynadılması olduqca gözlənilməz idi. Çünki, R.Dadaşovun yığmada təcrübəsi yox idi. Belə ki, gənc futbolçu 04.09.2017-ci ildə Bakıda San-Marino yığması ilə keçirilən matçda sonradan meydana çıxaraq cəmi 15 dəqiqə oynmaq şansı qazanmışdı. Ondan sonra yığmada oyun keçirməmişdi.
Matçın ilk dəqiqələrində adı çəkilən futbolçuların hər birində həyəcan, təcrübəsizlik, səhvlər göz oxşayırdı. A.Krivotsyukun yer aldığı müdafiənin cinahında futbolçu tez-tez topu itirir, hücumları qura bilmir, macarların sürətli reydləri qarşısında acizlik göstərirdi. Məhz bunun nəticəsi kimi matçın 18-ci dəqiqəsində həmin cinahdan yerinə yetirilən standart vəziyyətdən rəqib futbolçu Villi Orban başla qapımıza qol vurur. Qol epizodunda uca boylu müdafiəçi R.Məmmədovun hava mübarizəsində uduzması da rol oynadı. Adı çəkilən uca boylu, amma yetərincə təcrübəsi olmayan müdafiəçilərin start heyətdə yer verilməsi Yurçeviçin ilk səhvi idi.
Krivotsyukun əvəzinə həmişəki kimi doğma mövqeyində təcrübəli Pavel Paşayev oynamalı idi. Sabiq kapitan Rəşad Sadığovun gedişindən sonra müdafiənin mərkəzindəki ağsaqlıq hələ də aradan qaldırılmayıb. Həmin mövqeydəki, R.Məmmədov eksperimenti özünü doğrultmadı. Gənc müdafiəçinin əvəzinə daha təcrübəli Şəhriyar Rəhimova şans verilsə, ya da dağıdıcı oyunu ilə göz oxşayan Qara Qarayevi də sınamaq olardı. Onu da deyim ki, Q.Qarayev matç boyu yer aldığı dayaq müdafiəsində dağıdıcılıqla yanaşı mərkəz müdafiəçilərini tez-tez sığortalayırdı.
Qapımızda üç qol buraxılmasına baxmayaraq, qolkiperimiz Səlahət Ağayev əlindən gələni etdi. Hətta rəqibin dalbadal iki 100% li qol imkanlarının qarşısını aldı. Buraxlan qolların heç birində qolkiperimizin günahı yox idi.
Yarımmüdafiə xəttinə gəlincə, R.Dadaşov zəif çıxışını təcrübəsizliklə əlaqələndirmək olsa da, həmin sözləri təcrübəli Dmitri Nazarova aid edə bilmərik. Azsaylı legionerlərimizdən olan futbolçu meydanda sanki zərərsizləşdirilmiş, tilsimlənmişdi. Amma nədənsə N.Yurçeviç futbolçunu yalnız 86-cı dəqiqədə əvəzlədi. Hansı ki, onu ya ikinci qolu buraxandan, ya da 59-cu dəqiqədən R.Dadaşovla birgə meydandan çıxarmalı idi. Bu baş məşqçimizin ikinci səhvi idi.
Robert Prosnieçkinin gedişindən sonra yığma komandamıza rəhbərlik edən məşqçilərdə əvəzetməni “sindromu” yaranıb. Qurban Qurbanovdan sonra Yurçeviç də sələfi kimi ənənəvi “sindroma” sadiqdir. Bu N.Yurçeviçin ikinci səhvi idi
Digər yarımmüdafiə xəttində yer alan futbolçular olan Riçard Almeyda, Mahir Əmrəlinin oyunlarını yaxşı hesab etmək olar. R.Almeyda fərdi texnikası ilə top saxlayıb, hücumların qurulmasına çalışır, M.Əmrəli cinahdan sürətli reydlər edərək, rəqibin müdafiə xəttini yarmağa çalışırdı. Məhz yeganə qolumuzu da o vurdu.
Matç boyu millimizin əlbəttə ki, ən yaxşısı Ramil Şeydayev idi. Forvardımız həm hücumların qurulmasında əsas pay sahibi, həm rəqibin müdafiəçiləriylə tək başına mübarizə aparmağı, həm də müdafiə və yarımmüdafiədə komanda yoldaşlarına köməkliyi ilə seçilirdi. Qısası futbolçumuz Krılya Sovetovdakı çıxışı ilə performansını xeyli artırıb.
Meydana sonradan çıxanlardan Ağabala Ramazanovu xüsusi fərqləndirmək lazımdır. Məhz “9” nömrə R.Dadaşovu əvəz etdikdən sonra həmin cinahda oynanma və aktiv hücumlar qurulmağa başladı. Bunun nəticəsi kimi 69-cu dəqiqədə A.Ramazanovun cinahdan endirdiyi qüvvətli zərbəni rəqib qapıçı dəf etsə də, özünü yetirən M.Əmrəli təkrar zərbə ilə toru sirkələyərək fərqi minimuma endirdi. Səbailin futbolçusu göstərdiyi oyunla sübut etdi ki, start heyətdə oynamağa daha çox layiqdir.
Araz Abdullayev meydanda 16 dəqiqə olsa da nəsə aktivlik etməyə çalışdı. Əslində N.Yurçeviç onu meydana A.Ramazanovla birgə buraxsa daha çox faydalı olardı, özü də M.Əmrəlinin yox, D.Nazarovun əvəzinə.
Böyük ümidlər bəslənilən Rüfət Dadaşovu qiymətləndirmək mümkün deyil, çünki forvard cəmi 4 dəqiqə meydanda oldu. Hansı ki, onu ən azı sona 15 dəqiqə qalmış döyüşə atmaq lazım idi.
Sonda yazımı Yuryeviçlə bitirmək istəyirəm.
“İlk qolu buraxsaq bunun əvəzini çıxmaq üçün əlimizdən gələni edəcəyik” deyən, Yurçeviç yalnız ikinci qolu buraxandan sonra əvəz çıxdı, amma iki dəqiqə sonra komandası yenidən mərkəzə dəvət edildi. Həmçinin serbiyalı nə qədər pozitiv düşünsə də, bu tablodakı 1-3 hesablı məğlubiyyəti dəyişdirmədi.
Görək, Yurçeviç iyunun 11-də Slovakiya millisi ilə oyunqabağı hansı poztivlikdən danışacaq və yekunda yığmamız hansı nəticə göstərəcək?!...

Abdulla İsmayıloğlu
AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930