atatv.az
atatv.az

“Çölçü” filmi beynəlxalq mükafatlara layiq görülüb

13-06-2019, 12:20

“Çölçü” filmi beynəlxalq mükafatlara layiq görülüb

“Çölçü” bədii filmi bu günlərdə İsraildə keçirilən “Near Nazareth Festival 2019” beynəlxalq film festivalında “Ən yaxşı aktyor heyəti” və “Ən yaxşı rejissor”, İtaliyada “Florence Film Awards 2019” və “Oniros Film Awards 2019” festivallarında “Ən yaxşı bədii film”, İndoneziyada “European Screen Awards 2019” festivalında “Ən yaxşı bədii film”, Hindistanda “Mahul Woods International” festivalında isə “Ən yaxşı bədii film” və “Ən yaxşı operator” mükafatlarına layiq görülüb.

Bu barədə AZƏRTAC-a filmin rejissoru Şamil Əliyev məlumat verib.

Qeyd edək ki, “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930