atatv.az
atatv.az

“70 faiz Azərbaycanın, 12 faiz Ermənistanın...” - Deputat

14-06-2019, 13:35

“70 faiz Azərbaycanın, 12 faiz Ermənistanın...” - Deputat
Bəzən iddia olunur ki, Ermənistanda orta aylıq əmək haqqı yüksəkdir. Bu, tamamilə əsassız iddiadır. Bunun üçün müqayisə aparıb konkret nəticələrə gəlmək olar. Mən özüm araşdırma aparmışam.

Atatv.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar toplantısında çıxışı zamanı deputat Şəmsəddin Hacıyev deyib.
Deputat əlavə edib ki, Ermənistanda hökumət ölkə iqtisadiyyatının 80 faizinə nəzarət etmir: "Hər il 10 minlərlə insan Ermənistanı tərk edir. Azərbaycanda adambaşına düşəm Ümumi Daxili Məhsulun həcmi Ermənistandan 8 min dollar çoxdur. Cənubi Qafqaz iqtisadiyyatının 70 faizi Azərbaycanın, 12 faizi isə Ermənistanın payına düşür.

Azərbaycanda əmək haqqı Ermənistandan 374 dollar yüksəkdir. Rəzalət işində yaşayan Ermənistana inanırıq ki, onların təqdim etdikləri rəqəmlərə də inanaq? Guya Ermənistanda həyat səviyyəsi Azərbaycandan yüksəkdir. Dövlət büdcələrinin müqayisəsi isə ümumiyyətlə, doğru olmazdı”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930