atatv.az
atatv.az

Stalinin ailə sirləri və ya rəhbərin neçə uşağı olub?

14-06-2019, 14:16

Stalinin ailə sirləri və ya rəhbərin neçə uşağı olub?
III yazı
Sibir “macərasından” sonra Stalin 1917-ci ildə Peterburqa qayıdır. Elə həmin il fəhlə-inqilabçı Sergey Alliluyevin 16 yaşlı qızı Nadejda Alliluyeva ilə izdivaçı başlayır. Onu da bildirim ki, Nadeşda 9 sentyabr 1901-ci ildə Bakıda dünyaya gəlib. Tezliklə Nadejda evdən qaçaraq Stalinlə birgə yaşamağa başlayır. 1918-ci ildə onlar evlənsələr də, yalnız 24 mart 1919-cu ildə rəsmi nikaha girirlər. Bu evlilikdən onların 1921-ci ildə Vasili, 1926-cı ildə isə Svetlana adından övladları dünyaya gəlir.
Stalinin ailə sirləri və ya rəhbərin neçə uşağı olub?
1922-ci ildən yüksək vəzifələrə irəli çəkilən, Lenin ölümündən sonra isə, bütün hakimiyyəti əlinə alan Stalin böyük bir dövlətin rəhbəri olur. Hakimiyyət də zirvələri fəth edən Stalinin ailə həyatında böhran son həddə çatır, Nadejda ilə münasibətləri təmamilə pisləşir. 1932-ci il noyabrın 8-dən 9-na keçən gecə Nadejda özünü güllələyərək intihar edir. Bundan sonra “xalqlar ata”sı birdə ailə həyatı qurmur.
Rəhbərin ikinci rəsmi oğlu olan Vasili 24 mart 1921-ci ildə dünyaya gəlib.
1938-1940-cı illərdə Kaçinski hərbi təyyarəçilik məktəbində, 1940-1941-ci illərdə Hərbi hava mühəndislər akademiyasında təhsil alır. Müharibə zamanı təlimçi təyyarəçi vəzifəsindən qırıcı aviasiya diviziyasının komandiri vəzifəsinə qədər irəliləyir. Müharibəni polkovnik rütbəsində bitirir. Yalnız “Berlin əməliyyatı” zamanı polkovnik V.Stalinin diviziyası 949 döyüş uçuşları edərək, 15 hava döyüşlərində 18 düşmən təyyarisini yerə salmışdı. Ümumilikdə müharibə boyu şəxsən polkovnik V.Stalin özü 90-dan çox hərbi uçuşlar edərək, bəzi mənbələrə görə 5, digər mənbələrə görə isə 2 düşmən təyyarəsini məhv etmişdi. Gənc polkovnik SSRİ-nin 13, Polşanın 3 orden-medalları ilə təltif edilmişdi.
1946-cı ildə o, aviasiya general-mayoru rütbəsinə layiq görülür, 1949-cu ildə isə general-leytenant rütbəsi alaraq, Moskva Hərbi Dairəsinin HHQ komandanı vəzifəsinə gətirilir.
Stalinin ailə sirləri və ya rəhbərin neçə uşağı olub?
Kremlin “şahzadəsi” uğurları ilə yanaşı həm də, içki və qadın düşgünü olur. 1952-ci ildə onu tutduğu vəzifələrdən uzaqlaşdırılır. 1953-cü il martın 5-də “xalqlar ata”sı olan İosif Stalin vəfat edir, bununla “şahzadə” Stalinin də qara günləri başlayır. Onu əvvəlcə ordudan qovurlar, rəhbərin ölümündən 53 gün sonra isə, antisovet təbliğatında günahlandırılaraq həbs edilir. Məhkəmənin qərarı ilə onu 8 il azadlıqdan məhrum edirlər. Diqqət çəkən məqamlardan biridə odur ki, istər “Lefortovo”, istərsə də, “Vladimirskiy Central” həbsxanasında onu rəhbərin oğlu Vasili İosifoviç Stalin adı ilə deyil, Vasili Pavloviç Vasilyev adında qeyd edirlər. Buna səbəb o idi ki, yeni hakimiyyət nümayəndələri xalq qınağından qorxurdular. Lakin ata Stalindən qisas ala bilməyənlər oğuldan qisas almağa çəkinmirdilər. Türmə həyatı zamanı Vasili əlilə çevrilərək ömrünün sonunadək çəliyin köməkliyi ilə yeriyir. 1960-cı ilin 9 yanvarında həyatı puç olmuş “şahzadə”ni vaxtından əvvəl azad edirlər. Ona Moskvada 3 otaqlı mənzil verilir, rütbəsi geri qaytarılır, general təqaüdü ayırılır, lakin tam bəraət verilmir. Lakin onun azadlıq sevinci çox çəkmir. 16 aprel 1960-cı ildə onu yenidən antisovet təbliğatına görə həbs edirlər. 28 aprel 1961-ci ildə Vasili azadlığa çıxsa da, ona Stalin soyadını daşımağı qadağan edilir. Kremlin bəxtsiz “şahzadə”sinə Cuqaşvili soyadı ilə pasport verilir, eyni zamanda 5 il müddətinə Kazan şəhərinə sürgün olunur. Həmin dövrdə adı çəkilən şəhər əcnəbilərin üzünə bağlı olan şəhər idi. Xruşov hökuməti varis Stalinin Çin Xalq Respublikasına sığınmaq, və ya ABŞ qaçmasından ehtiyat edirdilər.
Kazanda o 150 rubl təqayüdlə yaşayır və gününü əyaşlıqla keçirir. 19 mart 1962-ci ildə Kremlin “şahzadəsi” müəmmalı şəkildə vəfat edir. Rəsmi məlumata görə alkoqoldan zəhərlənmə. Lakin sonralar onun KQB agentləri tərəfindən zəhərlədilməsi faktı da irəli sürülür. O, heç bir hərbi ehtiram göstərilmədən Kazan şəhəri Arsk qəbristanlığında dəfn edilir. 1999-cu ildə Rusiya baş hərbi məhkəməsi qərarı ilə general-leytenant Vasili Stalinə tam bəraət hökmü çıxarır. 2002-ci ildə onun nəşi Moskva Troyekurovsk qəbristanlığına gətirilərək orada dəfn edilir.
Vasili Stalin 4 dəfə ailə həyatı qurub.
İlk dəfə 1940-cı ildə fransız mənşəllidi Qalina Burdonskaya (o Napaleon müharibəsi zamanı ruslara əsir düşən Burdon soyadlı zabitin kötücəsidir) ilə ailə həyatı qurur. Bu evlilikdən Aleksandr və Nadejda adlı övladları dünyaya gəlir. 1944-cü ildə cütlüklər ayrılır.
Stalinin ailə sirləri və ya rəhbərin neçə uşağı olub?
Vasilinin oğlu Aleksandr 1941-ci ildə dünyaya gəlib, uşaqlıda Stalin soyadını daşısa da, sonralar məşhur soyaddan imtina edərək anasının soyadı olan Burdonskini götürür. Həyatı boyu babası Stalinə qarşı nifrət hissi keçirir. Hətta bir dəfə də olsun babasının üzünü, nə də nəvazişini görmüşdü. Savadı və qabiliyyəti sayəsində 1958-ci ildə “Bədii-texniki Teatr Litsey”ini, sonralar isə “Rusiya Teatr Sənəti İnstitut”unu bitirərək rejissör kimi fəaliyyətə başlayır. 1972-ci ildən “Rusiya Mərkəzi Akademik Ordu Teatr”ında quruluşçu rejissör kimi çalışır. 1985-ci ildə o, Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) əməkdar artisti, 1996-cı ildə isə Rusiya Federasiyasının xalq artisti adına layiq görülür.
Ailə həyatı qursada, övladı olmur. Bunun səbəbini babasının geninin itməsi kimi izah edir.
24 may 2017-ci ildə Aleksand Burdonski uzun sürən xəstəlikdən sonra vəfat edir. O, Vaqankovsk qəbristanlığında anasının yanında dəfn edilir.
Vasilin qızı Nadejda 1943-cü ildə dünyaya gəlib. Sonralar SSRİ Xalq yazıçısı Aleksandr Fadeyevin oğulluğu Aleksandrla ailə həyatı qurur. Onların 1977-ci ildə Anastasiya Stalin adında qızları, 1992-ci ildə isə həmin qızlarından Qalina Fadeyeva adında nəvələri dünyaya gəlir. Nadejda 1999-cu ildə dünyasını dəyişir.
Stalinin ailə sirləri və ya rəhbərin neçə uşağı olub?
1946-cı ildə Vasili marşal Semyon Timoşenkonun qızı Ekaterina Timoşenko ilə ikinci dəfə ailə həyatı qurur. Bu evlilik cəmi 3 il çəkir. Onların 1947-ci ildə Svetlana, 1949-cu ildə isə Vasili adında övladları dünyaya gəlir. Nəvə Vasili narkotik aludəçisi olur. 1972-ci ildə özünü güllələyərək intihar edir. Digər nəvə Svetlana isə əqli-psixoloji doğulduğundan ailə həyatı qura bilmir. O, 1990-cı ildə tənhalıq içərisində vəfat edir.
1949-cu ildə Vasili yenidən ailə həyatı qurur. Onun bu dəfəki seçimi üzgüçülük üzrə qadınlar arasında 20 qat SSRİ çempionu Kapitalina Vasilyeva olur. Bu evlilik 1953-cü ilə qədər davam edir. Lakin bu evlilikdən uşaqları olmur.
Nəhayət 1961-ci ildə Kremlin “şahzadəsi” tibb baçısı olan Mariya Nusber (qızlıq soyadı Şevargina) ilə ailə həyatı qurur. Hətta bu xanımın digər ərlərindən olan qızlarını da öz yeni soyadı olan Cuqaşvilini verir. Bu izdivacdan da Vasilinin uşağı olmur.
Ardı var...

Abdulla İsmayıloğlu
AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930