atatv.az
atatv.az

Dərman firmalarının həkimlərlə iş birliyinə son qoyulur

15-06-2019, 11:23

Dərman firmalarının həkimlərlə iş birliyinə son qoyulur

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqindən sonra Azərbaycanda dərman firmalarının həkimlərlə iş birliyinə son qoyulacaq.

"Xəzər xəbər” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Millət vəkili bildirib ki, icbari tibbi sığorta sistemi işə düşdükdən sonra həkimlər sığorta paketinə daxil olan dərmanları müalicə protokoluna əsasən xəstəyə yazmalı olacaqlar. Bu dərmanlar sığorta paketinə daxil olduğu üçün, eyni zamanda, ucuz və pulsuz olduğundan, xəstələr də onlara həmin dərmanların yazılmasında maraqlı olacaqlar və bunu həkimdən tələb edəcəklər.

Musa Quliyev onu da bildirib ki, ambulator dərmanlar da sığorta paketinə salınacaq.

İcbari tibbi sığorta pilot layihə çərçivəsində Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında həyata keçirilir. 2020 ci ilin yanvar ayının 1-dən isə ölkə üzrə tətbiqinə başlanılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031