atatv.az
atatv.az

Son dəqiqə: sərhəddə partlayış, zəlzələ meydana gəldi

18-06-2019, 12:24

Son dəqiqə: sərhəddə partlayış, zəlzələ meydana gəldi

Şimali Koreya – Çin sərhədində zəlzələ meydana gəlib.

Atatv.az Publika.az-a istinadan xəbər verir ki, bu barədə Çin Zəlzələ Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Şimal-şərqi Cilin əyalətindəki Hancan şəhərində yerli vaxtla saat 19:30-da 1,3 bal gücündə təkan qeydə alınıb. Naməlum bir partlayışdan sonra baş verən təkanların episentri 0 metr dərinlikdə qeyd edilib.

Hadisənin Çin prezidenti Si Cinpinqin Şimali Koreyanın paytaxtı Pxençana səfər edəcəyinin açıqlanmasından 1 saat sonra meydana gəlməsi diqqət çəkib.
Partlayışa nəyin səbəb olduğu bilinmir.

Qeyd edək ki, keçmişdə Şimali Koreyanın apardığı nüvə sınaqları Çin sərhədində zəlzələyə səbəb olurdu. 2017-ci ilin sentyabr ayında Şimali Koreyanın Mantap dağı yaxınlığında "Punggye-ri” nüvə stansiyasında aparılan sınaq Çinin şimal sərhədində 6,3 bal gücündə təkan yaratmışdı. Çinli seysmoloqlar belə nəticəyə gəlmişdi ki, Şimali Koreya hidrogen bombasını sınaqdan keçirib və nəticədə ana nüvə stansiyası sökülərək istifadəsiz hala gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930