atatv.az
atatv.az

Qızıl qan sahibi insanlar kimlərdir? — YENİ ARAŞDIRMA

19-06-2019, 15:38

Qızıl qan sahibi insanlar kimlərdir? — YENİ ARAŞDIRMA

Qızıl qana sahib insanlar planetimizdə çox nadir hallarda rast gəlinir.
Atatv.az-ın "Ölkə.Az"a istinadən araşdırmasına əsasən, son 60 ildə cəmi 43 nəfər qızıl qan sahibi tapılıb. Qızıl qan mənfi rezus faktorlu qan sahibləridir. Bu qan sahibləri elm üçün çox vacibdir.

İnsanda dörd qan qrupu olduğunu bilirik. Bundan başqa mənfi və müsbət rezuslar da var. Əslində isə vəziyyət daha mürəkkəbdir. İstəinlən insanın qanı 342 Rh-antigenə sahibdir. Bəzilərində bu az, bəzilərində çoxdur. Antigenlərin 160-ı ümumi yayılıb, demək olar ki, bütün insanlarda var. Geniş yayılan antigen çatışmazlığı isə nadir hallarda üzə çıxır.

Avropalıların böyük əksəriyyətində D antigeni yoxdur. Bu insanları isə mənfi rezus-faktor daşıyıcıları adlandırırlar. Dünya əhalisinin 10 faizi mənfiz rezus-faktor daşıyıcısıdır. Bu tip insanlar yüksək İQ, güclü fiziki və psixoloji xarakteristikası ilə seçirilər və bu səbəbdən cəmiyyətdə yüksək mövqe tuturlar. Araşdırmalar göstərir ki, qədim dövrlərdə də, hökmdarlar və idarəçilər məhz bu qan qrupunun daşıyıcıları olublar. Bəzi müstəqil araşdırmalar isə bu irqin yadplanetli olduğunu göstərir.

İnsanda antigen heç olmaya bilərmi? Hələ 50 il əvvəl alimlərin fikrinə görə, belə bir embrion qadının uşaqlıq borusunda sağ qala bilməzdi. Amma 1961-ci ildə mənfi rezus-faktorlu qan Avstraliyada yaşayan bir aborigendə kəşf edildi. Onun qanında RH-antigeni yox idi. O dövrdən dünyada belə insanların sayı 43-ə çatıb.

Amma bu insanların da ciddi problemi var. Çünki onlara ancaq mənfi rezus-faktorlu qan köçürmək olar. Alimlər deyir ki, belə qızıl qan həm yaxşıdır, həm də pisdir. Bir tərəfdən belə insanlar unikal donor ola bilər, bir çox insanı xilas edə bilər. Digər tərəfdən isə özlərinə qan tapmaqda çətinlik çəkərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930