atatv.az
atatv.az

XANIM RƏSSAMIN NAĞILLAR ŞƏHƏRİNƏ HƏSR ETDİYİ FƏRDİ SƏRGİSİ İYUNUN 25-DƏK DAVAM EDƏCƏK

22-06-2019, 21:44

XANIM RƏSSAMIN NAĞILLAR ŞƏHƏRİNƏ HƏSR ETDİYİ FƏRDİ SƏRGİSİ İYUNUN 25-DƏK DAVAM EDƏCƏK

25 yaşlı xanım rəssam Fatimə Ağayevanın "Bakı bir nağıldır..." adlandırdığı fərdi sərgisinin açılışı iyun ayının 22-də "Art Gallery" Bakı qalereyasında baş tutub və eksponatların təqdimatı iyun ayının 25-dək davam edəcək. Girişi sərbəst olan bu sərgiyə media nümayəndələri də dəvətli olublar.
Bu sərgi salonunda gənc rəssamın son vaxtlar portret, mənzərə, məişət və natürmort janrlarında yaratdığı, indiyədək heç bir yerdə təqdim olunmayan incəsənət əsərləri ilk gündən uğurla nümayiş etdirilir. "Bakı bir nağıldır..."dakı nağılabənzər ekspozisiyalı əsərlərdə birbaşa keçmiş "Sovetski" və "İçərişəhər" məhəllələrinin müasir Bakı ilə müqayisəsini özündə əks etdirdiyi ilk baxışdaca özünü təsdiq edir. Bundan başqa, rəssamın düzəltdiyi və özünəməxsusluğu ilə fərqlənən bəzək-zinət əşyaları, müxtəlif suvenirlər və digər əl işləri də, bu qalereyada uğurla sərgilənir. Bütün bunlar ondan xəbər verir ki, rəssam xanım gənc olmasına baxmayaraq, rəngkarlıqla yanaşı, əl işləri sahəsində də çalışır.
1994-cü ilin oktyabr ayının 28-də Bakı şəhərində dünyaya gələn, 2014-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbini, 2018-ci ildə Azərbaycan Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsini bitirən, 2019-cu ildən isə, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Fatimə Adil qızı Ağayeva sərgidə iştirak edən atatv.az-ın əməkdaşına və digər media nümayəndələrinə deyib ki, belə bir sərgini çoxdan sevimli bakılılara və çoxları üçün qiymətli doğma şəhərə həsr etməyi planlaşdırıb. Bu səbəbdən, sərgidə daha çox nağıllar dünyasını xatırladan əsərlərini nümayiş etdirir. Rəssamın insanı valeh edən Abşeron bağlarının, əsrarəngiz qədim İçərişəhərin, dolanbac yollarıyla məşhurlaşan köhnə Sovetskinin və müasir Bakının rənglərlə əsərlərində əbədiləşdirdiyi mənzərələri bu səbəbdən bu sərgiyə gələn hər kəs üçün daha maraqlı olur.

AtaTv.az.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031