atatv.az
atatv.az

Əflatun Amaşov: Azərbaycan mətbuatının patriarxını itirdik

25-06-2019, 13:36

Əflatun Amaşov: Azərbaycan mətbuatının patriarxını itirdik

Əflatun Amaşov: Azərbaycan mətbuatının patriarxını itirdik

Azərbaycan mətbuatının patriarxını itirmişik. Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir.
Oxu.Az-ın məlumatına görə, bunu böyük alim Ş.Hüseynovla vida mərasimi zamanı jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.
Ə.Amaşov qeyd edib ki, Ş.Hüseynov öz yaradıcılığı ilə bütün nəsillərə nümunədir: "Onun üçün hər şeydən öncə millət, dövlət və vətən idi. O, elə bir məktəb yaradıb ki, həmin məktəbin işığı uzun illər, daim Azərbaycanı işıqlandıracaq”.

Qeyd edək ki, Bakı Dövlət Universitetində keçirilən vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031