atatv.az
atatv.az

Gürcüstan parlamentində qalmaqal düşdü

25-06-2019, 14:13

Gürcüstan parlamentində qalmaqal düşdü

Gürcüstan parlamentinin plenar iclası texniki fasilədən sonra bərpa olunub.

“Report”un yerli bürosu xəbər verir ki, parlament müxalifəti plenar iclası tərk edib.

Toplantı Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvlərinin iştirakı olmadan davam etdirilir.

Parlament bu gün yeni spiker seçməlidir. Hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğu bu vəzifəyə Arçil Talakvadzenin namizədliyini irəli sürüb.

Qeyd edək ki, parlamentin keçmiş sədri İrakli Kobaxidze kütləvi etirazlar fonunda iyunun 21-də istefa verib.

*** 12:37

Gürcüstan parlamentinin bu gün keçirilən plenar iclasında mübahisə yaranıb.

“Report”un yerli bürosu xəbər verir ki, müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyaları Daxili İşlər naziri Giorgi Qaxarianın istefası da daxil olmaqla etirazçıların tələblərinin müzakirə olunmasını tələb ediblər.

Hakim Gürcü Arzusu Partiyasının nümayəndələri müxalifətin bu təşəbbüsünə etiraz edib və nəticədə deputatlar arasında səs-küylü mübahisə baş verib.

Plenar iclas hazırda dayandırılıb. Birinci vitse-spiker Tamar Çuqoşvili texniki fasilə elan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031