atatv.az
atatv.az

"Prezidentin son sərəncamları məni çox sevindirdi" - Abid Şərifov

25-06-2019, 14:34

"Prezidentin son sərəncamları məni çox sevindirdi" - Abid Şərifov

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minimum əmək haqqının və bir sıra sahələrdə aylıq vəzifə maaşlarının artırılması, habelə bəzi vəzifə təyinatları haqqında sərəncamlar imzalayıb.

Bununla bağlı BiG.AZ-a Baş nazirin sabiq müavini Abid Şərifov açıqlama verib. O bildirib ki, vəzifədə olub-olmamağından asılı olmayaraq, hər zaman cənab prezidentin siyasətini dəstəkləyir.

"Mən hazırda əməkçi insanam. Cənab prezident sosial məsələlərlə bağlı bir il ərzində çox mühüm iki sərəncama qol çəkib. Məni bu sərəncamlar çox sevindirdi. Düşünürəm ki, minimum əməkhaqqının 250 manata qaldırılması əhalimizin sosial durumunu xeyili yaxşılaşdıracaq. Mən daim xalqının yanında olub, düşünən cənab prezidentimizə uzun ömür, cansağlığı arzulayıram".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031