atatv.az
atatv.az

Parlamentdə dava - əlbəyaxa oldular - VİDEOv

25-06-2019, 15:25

Parlamentdə dava - əlbəyaxa oldular - VİDEOv

Gürcüstan parlamentində hakim "Gürcü Arzusu” və müxalif "Milli Hərəkat”, "Avropalı Gürcüstan” partiyalarının deputatları arasında qarşıdurma yaşanıb.
"Sputnik Gürcüstan”ın məlumatına görə, müxalif deputatlar birinci vitse-spiker Tamara Çuqoşvilidən aksiya iştirakçılarının tələblərini, o cümlədən, Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını müzakirə etməyi tələb ediblər.

Bəyanatdan sonra deputatlar bir-birinin ünvanına kəskin ifadələr səsləndirərək, əlbəyaxa davaya keçiblər.Bundan sonra T.Çuqoşvili texniki fasilə elan edib və müxalif deputatlar etiraz əlaməti olaraq zalı tərk ediblər.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun həmin vaxt Bakıda səfərdə olan parlament sədrinin kürsüsündə əyləşərək, iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Tbilisi küçələrinə çıxan aksiyaçılar parlament sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Yaranmış vəziyyətlə əlaqədar Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak edən İ.Kobaxidze səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb və vəzifəsindən istefa verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031