atatv.az
atatv.az

Ərdoğan səlahiyyətlərini təhvil verdi - SƏBƏB

26-06-2019, 11:44

Ərdoğan səlahiyyətlərini təhvil verdi - SƏBƏB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib, bu barədə "Resmi gazete" nəşrində dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Yaponiyaya səfəri ilə əlaqədardır.

Bildirilir ki, R.T.Ərdoğan 28-29 iyun tarixlərində Osaka şəhərində G20 ölkələrinin zirvə toplantısında iştirak edəcək.

Qeyd edək ki, G20 sammitinə isə Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Meksika, Cənubi Koreya, Cənubi Afrika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Yaponiya, İspaniya, Sinqapur, Tayland, Misir, Seneqal, Çili, Vyetnam, Hollandiya, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı və s. ölkə və təşkilatlar daxildir.

Yaponiya ilk dəfə foruma evsahibliyi edəcək.

Xatırladaq ki, R.T.Ərdoğan sonuncu dəfə 14-15 iyun tarixlərində Tacikistanda Asiya Əməkdaşlıq və Münasibətlər Konfransında (CICA) iştirak edərkən səlahiyyətlərini təhvil vermişdi.

(Trend)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930