atatv.az
atatv.az

Milyonları təsirləndirən Muradın məsum diləyi:"Televizora sevindim, amma..."

26-06-2019, 14:05

Milyonları təsirləndirən Muradın məsum diləyi:"Televizora sevindim, amma..."
Bu oğlanı tanıyırsız: hər axşam mağazanın qarşısında özünə bir guşə hazırlayıb, saatlarla sevimli cizgi filmlərini izləyirdi


Ölkəmizdə yaranan bir sıra problemlərin kökündə təhsilsizlik dayanır desək, yanılmarıq. Xüsusən də qadınların təhsilsizliyi cəmiyyət üçün böyük bəlalar doğurur. Bunlardan biri də bəzi qadınların ana olmaq düşüncəsinin yalnız dünyaya övlad gətirməklə məhdudlaşmasıdır. Yəni belə hallarda yeni doğulan körpənin gələcəyi, taleyi üçün məsuliyyət haqda heç düşünülmür də. Əksər hallarda imkansız ailələrdə 4-5 uşağın olması da elə buna bariz misaldır. Təəssüf ki, bu gün biz bəzi ailələrdə bu arzuolunmaz tendensiyanı müşahidə edirik. Elə budəfəki qəhrəmanımız Murad da imkansız ailənin 4 övladından biridir.
Milyonları təsirləndirən Muradın məsum diləyi:"Televizora sevindim, amma..."
Muradın anası Mədinə Olamidzi

Bu yaxınlarda Murad sosial şəbəkədə məşhurlaşdı: onun elektron avadanlıqların satıldığı mağazanın qarşısında əyləşərək cizgi filmi izləməsini bir fotoqraf lentə almışdı. Evlərində televizor olmadığı üçün Murad hər axşam bəlli saatlarda mağazalardan birinin qarşısında özünə bir guşə hazırlayıb, saatlarla sevimli cizgi filmlərini izləyirmiş. Təsirli səhnəyə biganə qalmayan xeyirsevən insanlar həmin azyaşlıya televizor hədiyyə ediblər. Azerbaycanrealligi.com xəbər verir ki, Muradın sevincinə şərik olmaq üçün Sputnik Azərbaycan-ın əməkdaşları onun yaşadığı ünvana yollandılar.
Milyonları təsirləndirən Muradın məsum diləyi:"Televizora sevindim, amma..."
10 nəfərlik ailənin yaşadığı ev

10 nəfərlik ailənin sığışdığı ikiotaqlı evdə bizi ilk kəsif nəmişlik qoxusu qarşılayır. Yevlaxdan gələrək burada məskunlaşdıqlarını deyən Muradın anası Mədinə Olamidzi övladlarını tək böyüdür: "Uşaqların atası ilə rəsmi nikahımız olmayıb, vətəndaş kəbini ilə yaşayırdıq. Artıq iki ildir ki, ondan səs-soraq yoxdur. Bilmirdim ki, məni qoyub gedəcək. Mənə elə gəlir ki, o, Dağıstan tərəfə gedib".

Bəzən normal imkanı olan ailələr də valideyn olmağa tələsmirlər. Səbəbi isə onların gələcək məsuliyyəti ilə bağlıdır. Övladının iqbalı ilə bağlı suallar təhsilli, bilikli və azca da olsa, dünyagörüşlü bir valideyni daha çox düşündürür. İmkanı olmasa da, bir neçə övlad dünyaya gətirən şəxslər isə hər zaman belə valideynlərin qınaq obyekti olur. Dörd uşaq anası Mədinə deyir: "Nə bilim, Allah-təala övlad verirdi, mən də doğurdum. Həm də yoldaşım da övlad istəyirdi. O zaman yoldaşımın işi də vardı, hər şey yaxşı idi. Belə olacağını bilmirdim".

Özü kimi, Mədinənin məktəbyaşlı digər iki övladı da təhsilsizdir. Ailənin ən kiçik üzvünün isə 1 yaşı var.
Milyonları təsirləndirən Muradın məsum diləyi:"Televizora sevindim, amma..."
Milyonları təsirləndirən Muradın məsum diləyi:"Televizora sevindim, amma..."






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031