atatv.az
atatv.az

İnsult keçirən xalq artistinin vəziyyəti ilə bağlı açıqlama

27-06-2019, 11:11

İnsult keçirən xalq artistinin vəziyyəti ilə bağlı açıqlama

Sənət yoldaşları xəstəxanada müalicə olunan Xalq artisti Canəli Əkbərova baş çəkiblər.


Atatv.az APA-ya istinadla xəbər verir ki, xanəndənin ziyarətinə Xalq artisti Mənsum İbrahimov və əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov gedib.


Mənsum İbrahimov bildirib ki, hazırda xanəndənin vəziyyəti normaldır: "Xəbəri eşidəndə xaricdə səfərdə idim. Bakıya gələn kimi ilk olaraq, sənət dostlarımla birgə dəyərli xanəndəmizi ziyarətə getdim. Ümumi olaraq vəziyyəti yaxşıdır. Bu yaxınlarda 80 illik yubileyi olacaq. Əminəm ki, inşallah yubileyini sağlam şəkildə birgə qeyd edərik".


Qeyd edək ki, Xalq artisti Canəli Əkbərov bir müddətdir Mərkəzi Klinik Xəstəxanada müalicə alır, həkimlər ona ürək insultu diaqnozu qoyub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031