atatv.az
atatv.az

Bundan sonra... - Bütün dünya bu görüşün nəticəsini gözləyirdi, Tramp AÇIQLADI

29-06-2019, 10:38

Bundan sonra... - Bütün dünya bu görüşün nəticəsini gözləyirdi, Tramp AÇIQLADI

ABŞ prezidenti Donald Tramp Çin dövlət başçısı Si Çinpin ilə Yaponiyanın Osaka şəhərində keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində görüşüb.

Publika.az xəbər verir ki, Tramp çinli həmkarından ağızdolusu təriflə danışıb.

Bildirib ki, Çinpin ilə arasındakı münasibətlər çox yaxşıdır və 2017-ci ildə Çinə gerçəkləşdirdiyi səfər həyatının ən unudulmaz səyahətlərindən biri olub.

"Əgər ədalətli ticarət razılaşması əldə edə bilsək, tarixi iş olar. Buna tamamilə hazırıq və siz də buna tamamilə hazırsınız. ABŞ-Çin əməkdaşlığı ayrılıqdan yaxşıdır. Dialoq ziddiyyətdən yaxşıdır. Əslində, razılaşmaya çox yaxın idik. Lakin nəsə baş verdi və o proses qırıldı. İndi yenə yaxınlaşırıq”, – Tramp görüşdən sonra deyib.

Çin prezidenti isə ABŞ-Çin arasında tarixi münasibətlərin keçid dövrlərindən və iki dövlət arasındakı əməkdaşlığın daha da dərinləşməsinə ümid etdiyindən danışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930