atatv.az
atatv.az

Göyçaydakı vəzifəli şəxslərin kütləvi istefasına — RƏSMİ AÇIQLAMA

1-07-2019, 15:35

Göyçaydakı vəzifəli şəxslərin kütləvi istefasına — RƏSMİ AÇIQLAMA

Göyçay Rayon İcra Hakimiyyəti idarə, müəssisə rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrlərinin icra başçının tələbi ilə kütləvi istefa ərizəsi yazmaları ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Ölkə.Az" xəbər verir ki, Göyçay İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova "Report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Həmin ərizələrin yayılmasından xəbərimiz var, oxumuşuq. Bu məlumatlar hamısı tam absurd və yalandır. Həmin ərizələr imzalarla birlikdə saxtalaşdırılıb. Ərizələrdə adları qeyd olunan işçilər özləri də təəccüb içindədirlər. Çünki ərizələrdəki xətt və imzalar adları qeyd olunan şəxslərə aid deyil. Həmin şəxslərin hamısı öz işlərinin başındadır”.

İcra başçısının müavini qeyd edib ki, yayılan ərizələrdə adları qeyd olunan Göyçay rayonundakı idarə, müəssisə rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri hüquq-mühafizə orqanlarına müraciət edəcəklər: "Amma bununla bağlı Göyçay Rayon İcra Hakimiyyətində araşdırma aparılmayacaq. Biz oturub rahat şəkildə işlərimizi görürük. Bizə belə bir tapşırıq verilmədiyi üçün araşdırma aparmaq niyyətində deyilik. Adları ərizələrdə qeyd olunan işçilər özləri hüquq-mühafizə orqanlarına müraciət edəcəklər”.

Qeyd edək ki, sosial şəbəkələrdə Göyçay rayonunda idarə, müəssisə rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrlərindən ibarət ümumilikdə 61 nəfərin icra başçının tələbi ilə kütləvi istefa ərizəsi yazmaları ilə bağlı məlumatlar yayılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930