atatv.az
atatv.az

Abşeron yarımadasının kənd və qəsəbələrinin içməli su təchizatında ciddi dəyişiklik müşahidə olunub

1-07-2019, 16:25

Abşeron yarımadasının kənd və qəsəbələrinin  içməli su təchizatında ciddi dəyişiklik müşahidə olunub

AtaTv.az xəbər verirki “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq Sabunçu rayonunun 5 qəsəbəsində içməli su layihələri həyata keçirilir.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsindən sonra Abşeron yarımadasının kənd və qəsəbələrinin içməli su təchizatında ciddi dəyişiklik müşahidə olunub. Hazırda yaşayış məntəqələrində yeni içməli su şəbəkələrinin tikintisi və genişləndirilməsi işləri davam etdirilir.
Sabunçu rayonunda icra olunan layihələr Maştağa, Zabrat, Pirşağı, Nardaran və Bilgəh qəsəbələlərini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir. Ötən müddətdə Pirşağı, Nardaran və Bilgəh qəsəbələrinin içməli su qıtlığının daha çox müşahidə olunduğu ərazilərində yeni mərkəzləşdirilmiş su şəbəkələri yaradılıb. Hazırda Maştağa və Zabrat qəsəbələrində yeni şəbəkələrin tikintisi davam etdirilir.
Bu qəsəbələrdə müxtəlif diametrli borularla 11 km paylayıcı su xətlərinin inşası nəzərdə tutulub. Yeni tikilən şəbəkələrdən evlərə birləşmə verilərək sayğaclar quraşdırılır. Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Yeni su xətləri istismara verildikdən sonra əhali dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq. İlkin mərhələdən bu layihələrdən 5 minədək sakin faydalanacaq. Növbəti mərhələdə Sabunçu rayonunun içməli sudan əziyyət digər yaşayış massivlərində də su şəbəkələrinin tikintisi və genişləndirilməsi işləri həyata keçiriləcək.
Qeyd edək ki, layihələrin əhatə etdiyi ərazilərin əksəriyyətində içməli su təchizatı əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətləri hesabına aparılıb. Bəzi ərazilərdə isə ümumiyyətlə su xətləri olmayıb, əhali içməli suya olan tələbatını quyu suları və maşınla uzaq məsafələrdən daşıyaraq ödəyib.
Abşeron yarımadasının kənd və qəsəbələrinin  içməli su təchizatında ciddi dəyişiklik müşahidə olunub
Abşeron yarımadasının kənd və qəsəbələrinin  içməli su təchizatında ciddi dəyişiklik müşahidə olunub






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031