atatv.az
atatv.az

2 iyul Polis Günüdür

1-07-2019, 18:37

2 iyul Polis Günüdür
Polis gününün 2 iyulda qeyd olunması, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 24 may 1998-ci il tarixdə imzaladığı 710 nömrəli Fərman əsasında baş tutmuşdur. Belə ki, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün 2 iyula təsadüf etdiyindən, məhz həmin gün də “Azərbaycan Polisi Günü” elan olunmuşdur. Artıq həmin vaxtdan bugünə kimi hər il Azərbaycanda 2 iyul tarixi “Azərbaycan Polisi Günü” olaraq qeyd olunmaqdadır. Baxmayaraq ki, mərhum Prezidentimizin imzaladığı məlum Fərmandan əvvəlki illərdə də polis günü qeyd olunurdu. Onu da unutmaq olmaz ki, 1998-ci ildən indiyə kimi hər il bu günün qeyd olunması yöndə daha möhtəşəm addımlar atılır.
Beləliklə, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən, hər il ölkəmizdə 2 iyul günü “Azərbaycan Polisi Günü” olaraq qeyd olunur. Onu da bildirək ki, Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları, 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində yaxından iştirak etmiş, cümhuriyyətin süqutundan sonra 70 il ərzində Sovet İttifaqının tərkibində olsa da, ictimai asayişin qorunmasında yüksək nəticə və zəngin təcrübə qazanmışdır. Ələlxüsus, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrində böyük uğurlar qazandığı 1970-1980-ci illər, Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi daxil olub. Həmin illərdə Ümummilli Lider uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların önə çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Məhz, şəxsi heyyətin milli ruhda formalaşmasının nəticəsi o oldu ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə polis əməkdaşları (əvvəlki milis ), sonrakı illərdə isə daxili qoşun hissələri oldu. Verilən statistik məlumatlara görə, baş verən döyüşlərdə 1695 nəfər polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, 1143 nəfər isə orden və medallara layiq görülüb. Müstəqilliyimizin sonrakı illərində də, daxili işlər orqanlarının fəaliyyəti gərgin olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qayda-qanunun qorunması və təhlükəsizliyin təmin edilməsi yöndə, vəzifələrini yerinə yetirərkən 99 nəfər polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər isə bu və ya digər formada xəsarət alıb.
2003-cü ilin oktyabrında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi nəticəsində, ölkəmizin inkişafı yeni mərhələyə qədəm qoydu, sabitlik isə gələcək uğurlara, yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi. Ölkə rəhbərinin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının müasirləşməsi yöndə lazımi addımlar atıldı. Ötən illər ərzində daxili işlər orqanı əməkdaşlarının xidməti fəaliyyətlərinin cəmiyyətin maraqlarına tam şəkildə cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi məqsədilə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş “Dövlət Proqramı” əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.
Bəli, bu gün Azərbaycan polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı şəkildə müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir. Bütün bunları nəzərə alaraq 2 iyul “Azərbaycan Polisi Günü” münasibətilə, başda Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazov olmaqla, daxili işlər orqanlarında çalışan hər bir polis əməkdaşını ürəkdən təbrik edib, hər kəsə uzun ömür, cansağlığı və işlərində yeni-yeni uğurlar arzulayıram. İnanıram ki, polis əməkdaşlarımızın ayıq-sayıqlığı hər kəsin qanunla qorunan hüquqlarının müdafiə olunmasında, vətəndaş təhlükəsizliyinin təmin edilməsində lazımi imkanlar açacaq. Bu da onu söyləməyə əsas verir ki, günü-gündən inkişaf edən doğma respublikamızın parlaq gələcəyi, məhz polis əməkdaşlarımızın ayıq-sayıqlığından, qanunlarımızın daha təkmil formada olmasından çox asılıdır. Belə bir möhtəşəm günlə əlaqədar AtaTv.az saytının yaradıcı kollektivi də bu təbrikə qoşulur.

Rasafil BAYRAMOV
AtaTv.az saytının rəhbəri


2 iyul Polis Günüdür
2 iyul Polis Günüdür
2 iyul Polis Günüdür






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031