atatv.az
atatv.az

Bakı metrosundan istifadə edənlərə - ŞAD XƏBƏR

2-07-2019, 13:06

Bakı metrosundan istifadə edənlərə - ŞAD XƏBƏR

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yeni alınan daha iki qatar tərkibini xəttə buraxır.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Anews.az-ə məlumat verib.

Onun sözlərinə görə, hər iki qatar bu gün metronun "Dərnəgül" stansiyasından start götürərək sərnişinlərin istifadəsinə veriləcək.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC ilə Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon iyunun 11-də Bakıya gətirilib.

"Metrovaqonmaş” ASC-nin istehsal etdiyi 81-765. B81-/766.B modelli bu vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Vaqonlar əvvəlki nümunələrindən xeyli fərqlənir.

Yeni vaqonların qapıları daha enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib.Bundan başqa, vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir.

Baş vaqonlarda əlil arabaları üçün yerlər ayrılıb.

İstehsal zamanı, sifarişçi kimi, "Bakı Metropoliteni" QSC-nin texniki şərtləri xüsusi nəzərə alınıb.

Bu xüsusda orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb. Əsas yeniliklərdən biri kimi, kondisionerlərin Bakının iqlim şəraitinə uyğunlaşdırılması qeyd oluna bilər.

Soyutma sistemi daha yüksək keyfiyyət göstəriciləri ilə təmin olunub. Həmçinin "Bakı Metropoliteni"nin yol relyefinin mürəkkəbliyi və profili nəzərə alınaraq, bütün vaqonlar dartı mühərriki ilə təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930