atatv.az
atatv.az

Cəriməni ödəməyən sürücülərə bəd xəbər

3-07-2019, 18:01

Cəriməni ödəməyən sürücülərə bəd xəbər

Son günlər yol polisinin yerli şöbələri cərimələri uzun müddət ödəməyən sürücülərlə bağlı qanunamüvafiq tədbirlər görməyə başlayıb.

"Avtosfer.az” xəbər verir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmələrə, eləcə də sürücülərin özlərinə bildiriş və müraciətlər göndərilir.

Bu müraciətlərin mahiyyəti təyin olunmuş cərimələrini vaxtında ödəməyən sürücülərin sürücülük hüququnun məhdudlaşdırılması, eləcə də nəqliyyat vasitələrinin saxlanılması barədədir.

Belə ki DYP-nin rayon şöbələri ərazi üzrə qeydiyyatda olan sürücülər barəsində məlumatları araşdırır, iki ay ərzində cəriməni ödəməyən sürücülər barəsində avtomobilin saxlanılması qərarı çıxarılır.


Bununla bağlı onlara bildiriş göndərilir.

Digər tərəfdən cəriməni 3 ay və daha artıq vaxt ərzində ödəməyən sürücülərin sürücülük hüququnun məhdudlaşdırılması barədə məhkəmələrə müraciətlər olunur.

Artıq son bir neçə gündə yüzlərlə sürücü barəsində sürücülük hüququnun məhdudlaşdırılması qərarı çıxarılıb.

Həmçinin xeyli sayda nəqliyyat vasitələrinin saxlanılması barədə bildiriş göndərilməklə qərar qəbul olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930