atatv.az
atatv.az

Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağı keçirilib

5-07-2019, 15:26

Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağı keçirilib

Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağı keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 2019-cu ilin birinci yarısının yekunları ilə bağlı hesabat verilib. Bildirilib ki, cari ilin yanvar-iyun aylarında İşgüzar Şura tərəfindən “Qida məhsulları və kənd təsərrüfatı”, “Sertifikasiya və gömrük prosedurları”, “Logistika” komissiyalarının ümumilikdə 6 iclası keçirilib. Bu iclaslarda sahibkarlar üçün bir sıra aktual məsələlərə dair Azərbaycan və Rusiya dövlət qurumları ilə birgə iş aparılıb.

Bundan əlavə, hesabat dövründə Rusiya-Azərbaycan İşgüzar Şurası, “İşgüzar Rusiya”, Rusiya İxrac Mərkəzi və digər tərəfdaş təşkilatlarla birgə tədbirlər təşkil olunub. Azərbaycan-Rusiya İşgüzar Şurası "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda biznes seminarın, həmçinin Rusiyanın sənaye müəssisələrinin biznes missiyasının həmtəşkilatçısı və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində iki ölkənin iş adamları arasında təşkil olunmuş Azərbaycan-Rusiya biznes dialoqunun təşkilatçısı kimi çıxış edib.

İclasda cari ilin ikinci yarısı üçün qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb, işgüzar şuranın sənaye, kənd təsərrüfatı və tikinti sahəsi ilə yanaşı, turizm, maliyyə, IT və iqtisadiyyatın digər sahələrində fəaliyyətinin genişləndirilməsi istiqamətində atılacaq addımlar, həyata keçiriləcək tədbirlər diqqətə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930