atatv.az
atatv.az

Vaqif Əsədov toy karvanlarının qayda pozuntusundan DANIŞDI

5-07-2019, 16:36

Vaqif Əsədov toy karvanlarının qayda pozuntusundan DANIŞDI

Son illər bir neçə dəfə bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanları hərəkət zamanı ciddi xətalara yol verib, nəticədə iki gəncin xoş günü yasa çevrilib. Sürücülər yol hərəkəti qaydalarını ciddi şəkildə pozduğu üçün polis əməkdaşları toy karvanlarına nəzarət gücləndirib.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi idarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a toy karvanlarına edilən nəzarətdən danışıb.


“Yol hərəkətində təhlükəsizliyin təmin edilməsi daim nəzarətdədir və bu istiqamətdə tərəfimizdən məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün toy karvanlarına həm ərazidə xidmət aparan polislər, həm də Bakı şəhər ərazisi üzrə quraşdırılmış müşahidə kameraları tərəfindən nəzarət edilir. Bəy-gəlin cütlüyünün müşayiətində yol hərəkəti qaydalarını pozanlar, digər xətalara yol verənlər dərhal müşahidə kameraları ilə aşkarlanırsa, barələrində tədbirlərin görülməsi üçün fotomateriallar hazırlanır. Sonradan həmin sürücülər barədə təcili tədbirlər görülür. Buna görə də toy karvanlarında yol hərəkəti qaydalarının pozulması ilə az rastlaşırıq”.
Vaqif Əsədov deyir ki, vətəndaşlar da toy karvanında yol hərəkəti qaydalarını pozan sürücülərin aşkarlanmasında bilavasitə yardımçı olur:
“Bəzən müşahidə kameraları və ya polis əməkdaşları vasitəsi ilə yox, sıravi vətandaşların köməyi ilə qaydaları pozanları aşkar edə bilirik. Belə ki, insanlar yolda gördükləri hər hansı qayda pozuntusunu çəkib sosial şəbəkə üzərindən paylaşr. Bu da bizə kömək edir ki, həmin sürücüləri rahatlıqla tapa bilək”.
Bölmə rəisi yol hərəkəti iştirakçılarını diqqətli olmağa çağırıb:
“İki gəncin ailə qurması bizi də sevindirir. Lakin eyni zamanda tələb edirik ki, sürücülər bəy-gəlin cütlüyünün müşayiətində əlamətdar gün olmasına baxmayaraq, yol hərəkəti qaydalarını pozmasınlar. Bütün yol boyu qanunvericiliyin qaydalarına uyğun hərəkət etsinlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930