atatv.az
atatv.az

Bu şəxslərə ŞAD XƏBƏR - Maaşlar artırıldı

6-07-2019, 13:17

Bu şəxslərə ŞAD XƏBƏR - Maaşlar artırıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Anews.az xəbər verir ki, sərəncam Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.
Sərəncama əsasən, Kəngərli rayonunda icbari tibbi sığorta tətbiq edilib, Kəngərli Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini təsdiqləmək və icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2019-cu il avqustun 1-dən publik hüquqi şəxsin fəaliyyətini təmin etmək, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Kəngərli Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il avqustun 1-dən 50 faiz artırılmasını təmin etmək tapşırılıb. Eyni zamanda bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Kəngərli Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etsinlər.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930