atatv.az
atatv.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

9-07-2019, 18:15

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 97.7122 AZN (9.9000 faiz) və 100.7774 AZN (8.7000 faiz) olan 15 sifariş təqdim olunub.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.3101 (8.8799 faiz), orta ölçülmüş qiyməti 100.3666 (8.8581 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 49 milyon 646 min 400 AZN, yerləşdirilmiş həcmi isə 15 milyon AZN təşkil olunub. İstiqrazlar 2022-ci il iyulun 5-də ödəniləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031