atatv.az
atatv.az

Gürcüstanda dollar kəskin bahalaşıb

10-07-2019, 11:09

Gürcüstanda dollar kəskin bahalaşıb

Gürcüstanda ABŞ dolları milli valyuta olan lariyə qarşı kəskin bahalaşıb.

"Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Bankının iyulun 10-na müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9096 lari təşkil edir.
Bugünkü məzənnə ilə müqayisədə ABŞ dolları 0,0776 lari bahalaşıb.

Qonşu ölkədə avronun da qiymətində artım qeydə alınıb. Bu xarici valyutanın sabahkı qiyməti bugünkü məzənnə ilə müqayisədə 0,0821 lari artaraq 3,2599 lariyə bərabər olub.

Qeyd edək ki, bu gün Gürcüstanın kommersiya banklarında bir ABŞ dolları 2,97 lariyə təklif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031