atatv.az
atatv.az

Nazir danışdı, aləm qarışdı: dərs 1 sentyabrda başlayır? - VİDEO

10-07-2019, 13:33

Nazir danışdı, aləm qarışdı: dərs 1 sentyabrda başlayır? - VİDEO

Ötən gün İctimai Televiziyanın “Pressinq” verilişində qonaq olan Təhsil naziri Ceyhun Bayramovun tədris ili müddəti ilə bağlı açıqlamasının bəzi ekspertlər tərəfindən düzgün yozulmaması çaşqınlığa səbəb olub.

Axar.az xəbər verir ki, nazir C.Bayramov tədris müddətinin 32 həftədən 34 həftəyə qaldırılması ilə bağlı 4 il bundan öncəki qərardan danışıb və bunun niyə edildiyini izah edib. Nazir həmçinin bütün tədris vəsaitlərinin 34 həftəyə sığışdırıldığını və bəzi çatışmayan dərsliklərin də yeniləri ilə əvəzləndiyini açıqlayıb.

Təəssüf ki, bəziləri nazirin tədris müddətinin 2 həftə artırılması ilə bağlı izahının bu ilə aid olduğunu sanıb və güman edib ki, tədris ili 1 sentyabr-14 iyun tarixlərini əhatə edəcək. Bu isə guya tədris ilinin 1 sentyabrdan başlayacağı barədə yanlış informasiyaya səbəb olub.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da açıqlama yayıb. C.Valehov bildirib ki, Təhsil naziri Ceyhun Bayramov İTV-nin "Pressinq" verilişində 4 il bundan əvvəlki qərara - təhsil müddətinin iki həftə uzadılmasına münasibət bildirib. Söhbət yeni müddətin uzadılmasından getmir.

“Bunu bilmək üçün sadəcə müsahibəyə baxmaq lazımdır”, - C.Valehov qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031