atatv.az
atatv.az

Azərbaycan əhalisinin sayı 2020-ci ilədək 140 min artacaq - PROQNOZ

10-07-2019, 18:02

Azərbaycan əhalisinin sayı 2020-ci ilədək 140 min artacaq - PROQNOZ

Son 50 il ərzində Azərbaycan əhalisinin sayı iki dəfə artıb.

Sonxeber.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bu rəqəm BMT-nin "World Population Prospects 2019" adlı illik hesabatında yer alıb.

Əgər 1968-ci ildə Azərbaycan əhalisinin sayı 4 960 232 nəfər təşkil edirdisə, 2018-ci ildə bu göstərici iki dəfəyə yaxın artaraq 9 949 537-yə çatıb. Ötən il ölkə əhalisi əvvəlki ilə nisbətən 104 217 nəfər və ya 1,1% artıb.

BMT-nin proqnozlarına görə, 2019-cu ilin sonunda Azərbaycanda əhalinin sayı 10 047 718, 2020-ci ildə isə 10 139 770 nəfərə çatacaq.

Göründüyü kimi, bu il ölkə əhalisinin sayı 2018-ci illə müqayisədə 92 052 nəfər və ya 0,9%, 2020-ci ildə isə 190 233 nəfər və ya 1,9% artacağı gözlənilir.

Qeyd edək ki, bu ilin aprelin 6-da Azərbaycan əhalisinin sayı 10 milyona çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031