atatv.az
atatv.az

Türkiyənin "S-400"ləri Azərbaycanda yerləşdiriləcək? - ABŞ-ın reaksiyası...

11-07-2019, 15:46

Türkiyənin "S-400"ləri Azərbaycanda yerləşdiriləcək? - ABŞ-ın reaksiyası...

"S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə göndərilməsinə saylı günlər qalmış, ABŞ-ın Ankaraya qarşı sanksiya təhdidi daha sərt xarakter alır. Ekspertlər hesab edir ki, Türkiyə qadağalardan yayınmaq, eyni zamanda Moskva ilə hərbi sazişdən imtina etməmək üçün gözlənilməz seçim edə bilər.

Məsələn, Ankara "S-400”ləri alandan sonra raketləri işlək vəziyyətə gətirməyə bilər. Türkiyə mətbuatında müdafiə sistemlərinin müvəqqəti Azərbaycana yerləşdirilməsi məsələsi də tez-tez gündəmə gətirilir.

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu Redaktor.az-a danışıb.

O, hesab edir ki, S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsi Türkiyənin burada hərbi baza yerləşdirilməsi mənasına gəlir:

"ABŞ-ın Rusiya raketlərinə görə Türkiyəyə təzyiqi artır. Ona görə də Ankarada bu təzyiqin yumşaldılması mexanimizini fikirləşirlər. Bu mexanizmlərdən biri də Rusiya raketlərinin müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə yerləşdirilməsi ola bilər. Azərbaycan Qətərdən daha münasib variantdır. Çünki Qətərdə ABŞ-ın hərbi bazası var və Vaşinqton hərbi bazasının yaxınlığında Rusiya raketlərinin olmasını istəməz. Ancaq Rusiya raketlərinin Azərbaycan ərazisində yerləşdirilməsi də asan məsələ deyil. parlamentin qəbul etdiy hərbi doktrinaya görə Azərbaycan ərazisində xarici ölkənin hərbi bazası yerləşdirilə bilməz. S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsi Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirilməsi deməkdir. Çünki raketlərə qulluğu və nəzarəti türkiyəli hərbçilər yerinə yetirməli olacaqlar. Bu halda Azərbaycan parlamenti doktrinaya düzəliş etməlidir”.

E. Şahinoğlu vurğulayıb ki, S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsi ideyası Azərbaycanın təhlükəsizlik maraqlarına cavab verir:
"Birincisi, bununla həm Türkiyənin Azərbaycanda hərbi bazası rəsmiləşəcək və buna Rusiya etiraz etməyəcək. Çünki həmin hərbi baza məhz Rusiyanın raketlərinə qulluq etmək üçün yaradılacaq. İkincisi, S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsi işğalçı Ermənistana təzyiq vasitəsi olacaq”.
Politoloq qeyd edib ki, S-400 raketləri birinci növbədə Türkiyənin özünə lazımdır:

"Ona görə də raketlərin Azərbaycanda yerləşdirilməsi müvəqqəti xarakter daşıya bilər. Həm də bu qərarın verilməsi üçün Rusiyanın rəyi də nəzərə alınmalıdır. ABŞ S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsinə etiraz etməz. Azərbaycan NATO-ya üzv ölkə deyil. Amerika Türkiyənin raketləri Azərbaycanda yerləşdirməsinə anlayışla yanaşa bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031