atatv.az
atatv.az

Rusiyanın Azərbaycandan meyvə-tərəvəz idxalına qadağasına münasibət

11-07-2019, 17:14

Rusiyanın Azərbaycandan meyvə-tərəvəz idxalına qadağasına münasibət

Ötən gün RF Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycandan Rusiyaya idxal edilən 32,3 ton pomidor, 53,4 ton gilas, 19,92 ton quru noxud və 13 ton çiyələyin idxalına qadağa qoyduğuna dair məumat yayıb.

Moderator.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Qida Təhlüəsizliyi Agentliyi (AQTA) Oxu.Az-ın sorğusunu cavablandırıb.

Bildirilib ki, Fitosanitar tədbirlər üzrə 13 nömrəli Beynəlxalq Standartın tələbinə əsasən uyğunsuzluq aşkar edildiyi təqdirdə idxalçı ölkə ixracatçı ölkəyə dərhal rəsmi bildiriş verilməlidir:

“Qaydalara əsasən, tələblərə uyğun gəlməyən məqam aşkar edildikdə, rəsmi məlumat verilməlidir. Bununla bağlı agentliyə heç bir rəsmi məlumat daxil olmayıb.

Ümumiyyətlə, idxal-ixrac proseslərində bu cür halların baş verməsi mümkündür, lakin beynəlxalq qaydalara uyğun olaraq yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, yük zərərsizləşdirilərək yenidən müxtəlif istiqamətlərdə ixracı həyata keçirilə bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031