atatv.az
atatv.az

Əhaliyə şad xəbər! - Video

12-07-2019, 09:13

Əhaliyə şad xəbər! - Video

İcbari tibbi sığortanın xidmətlər zərfinə süni mayalanma və orqan köçürmələri ilə bağlı məsələlər əlavə oluna bilər. Bununla bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq, xidmətlər zərfinə müəyyən dəyişikliklər edilib.

Bu barədə jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Zaur Əliyev onu da bildirib ki, paytaxtdan həkimlər bölgələrə ezam olunacaq. Artıq bununla bağlı layihə üzərində işlənilir. Bölgələrə işləmək üçün gedən həkimlərə əlavə ödənişlərin olması ilə bağlı təkliflər müzakirə edilir. Məqsəd rayon sakinlərinin müalicə üçün Bakıya gəlməmələrini təmin etməkdir. Zaur Əliyev gələn ildən həkimlərin maaşlarında ikihissəli artımın olacağını da bildiribQurum rəhbəri deyib ki, bütün tibb məntəqələrində icbari tibbi sığortanın gələn ildən tətbiqi ilə bağlı hazırlıq işləri aparılır.

Zaur Əliyevin sözlərinə görə, icbari tibbi sığorta ilə bağlı bütün sənədlərin sentyabr ayında təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, bu gün "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin bağlanış mərasimi keçirilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031