atatv.az
atatv.az

Qorxmaz Hüseynov 19 iyul 2019-cu il tarixində Şəki şəhərində Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

12-07-2019, 14:00

Qorxmaz Hüseynov 19 iyul 2019-cu il tarixində Şəki şəhərində Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

AtaTv.az xəbər verirki Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 19 iyul 2019-cu il tarixində Şəki şəhərində Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. 22 iyul 2019-cu il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Zaqatala şəhərində Zaqatala və Balakən rayonlarından olan sakinlərlə görüşəcək. 23 iyul 2019-cu il tarixində “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Qəbələ şəhərində Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbullar “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin, Zaqatala və Qəbələ sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbul üçün “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi, [email protected] elektron poçtu vasitəsilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930