atatv.az
atatv.az

Ukraynada Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradan növbəti layihə

13-07-2019, 13:20

Ukraynada Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradan növbəti layihə
Ukraynanın Xarkov şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin, ART Qalereya və Heykəl Parkının açılışı üçün işlər yekunlaşıb və sənədləşmə işləri başa çatdırılıb.

Bu barədə AZƏRTAC-a Ukraynanın Xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov məlumat verib.

O bildirib ki, artıq payız aylarında ölkəmizin Ukraynadakı səfirliyinin dəstəyi ilə Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi, ART Qalereya və Heykəl Parkının rəsmi açılışı keçiriləcək.

“Bu hadisə Azərbaycan ilə Ukrayna arasında mədəniyyət sahəsində əməkdaşlığın daha bir bariz nümunəsi olacaq. Azərbaycan Mədəniyyət Mərkəzinin və ART Qalereyanın əsas məqsədi Azərbaycan mədəniyyətini və sənətini təbliğ etmək, mədəni irsin qorunması, istedadlı uşaqların inkişafı və dəstəklənməsi, Ukraynanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi, humanitar aksiyaların həyata keçirilməsi və xeyriyyə fəaliyyətinin təbliği məqsədilə milli, regional və yerli proqramların həyata keçirilməsinə kömək etməkdir”,- deyə Seyfəddin Qurbanov vurğulayıb.

Qeyd edək ki, Xarkov əhalisinin sayına görə Ukraynanın ikinci ən böyük şəhəridir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Xarkov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031