atatv.az
atatv.az

Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb

13-07-2019, 13:40

Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb
Azərbaycan millisi İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında medallarının sayını 5-ə çatdırıb.
Atatv.az APA-ya istinadən bildirir ki, yığmamızın aktivinə növbəti mükafatı taekvondoçumuz Patimat Abakarova yazdırıb.

53 kq çəki dərəcəsində idmançımız bürünc medala sahib olub. O, Çin, Rusiya və Almaniya taekvondoçularına qalib gələrək, yarımfinala vəsiqəni təmin edib. Olimpiya mükafatçımız finala gedən yolda cənubi koreyalı idmançı ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

Bununla da, taekvondoçularımız Universiadadakı çıxışını başa vurublar.

Qeyd edək ki, P. Abakarovadan öncə atlet Nazim Babayev, idman gimnastı Marina Nekrasova qızıl, cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında isə Azərbaycan millisi bürünc medal qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031