atatv.az
atatv.az

ELONA ELEN: OXUDUĞU MAHNILARINI KƏDƏR DOLU HƏYAT HEKAYƏSİ İLƏ HARMONİYANIN VƏHDƏTİNDƏN YARADAN MÜĞƏNNİ

14-07-2019, 20:56

ELONA ELEN: OXUDUĞU MAHNILARINI KƏDƏR DOLU HƏYAT HEKAYƏSİ İLƏ HARMONİYANIN VƏHDƏTİNDƏN YARADAN MÜĞƏNNİ
























Elona Elen!..

Adı qəribə olan bu müğənnini cəmiyyət bəxtsiz, talesiz, gözləri yaşlı bir insan kimi tanıyıb, daha doğrusu, o, özünü, oxudğu zala cəm edə bildiyi pərəstişkar ordusuna belə tanıdıb. Deyəcəksiniz, niyə?! Əvvəla, ona görə ki, o, özü haqqında həmişə bir talesiz kimi danışıb. Elə, hey deyib ki, ilk sevgisi kimi, bütün sevgiləri daşa dəyib. Bu daşınsa, elə bir bəxti olub ki, onun qəlbini dərindən dağlaya, ürəyinə sağalmaz yaralar vura bilib.
İkincisi, balaca ikən musiqiyə, ifa etməyə böyük həvəs göstərən, məktəb illəri vaxtı ədəbiyyat dərslərində kitabdakı şeirləri mahnı kimi oxumaqdan çəkinməyən, sinifdə o dövrün məşhur müğənnilərinin nəğmələrini zümzümə etməkdən qürurlanan, indi, artıq, sinninin 44-cü ilini yaşayan bu xanım müğənninin düz 20 ildir ifa etdiyi yüzlərlə mahnının əksəriyyətinin motivi qəmə, qüssəyə, kədərə köklənib; O illər zümzümə ilə oxuduğu, hazırda sosial şəbəkələrdə çoxsaylı izləyici auditoriyası yığan həmin mahnılarının hansısa birinə qulaq asarkən, insana bəxş etdiyi ovqatının təsiri də, onun kədər, qəm-qüssə dolu həyat hekayəsi ilə harmoniyanın vəhdətindən yarandığını qulaqlara pıçıldayır.
Üçüncü və ən əsası -- oxuduğu saysız-hesabsız mahnılardan yalnız birinə -- Azərbaycan-Türk Birliyində yaradılan və Elnur Nurinin Natiq Əlisoyun sözlərinə bəstələdiyi "Ata" mahnısına qulaq asmaq kifayətdir ki, deyilənlərin doğruluğuna sizin də şübhəniz qalmasın.
Bir çoxlarının ata haqqında ondan mahnı istəyindən sonra və vaxtsız itirdiyi Əli abisinin ruhuna oxuduğu bu mahnısı, doğrudan da, onun qəmi qüssəyə, qüssəni kədərə qatan mahnılarından biridir. Yanğılı səslə oxunan bu mahnıya qulaq asanda, ürəklərdə yaranan kədərli duyğular seli dinləyiciləri tezcə özlərindən alıb, yenidən birtəhər özlərinə qaytarır. Özünün dediyi kimi, oxuduğu mahnıların bütün sözləri, əslində, qəlbinin qəm, kədər hopan ətri, səsi də, onun qarışıq rəngidir. Əksər ifaları bu acılı təmasdan yoğrulduğundan, səsinin çalarları da eləcə alınıb ötən 20 ildə.
Bunları bilmək üçün, onunla görüşüb, həmsöhbət olmağa lüzum da yoxdur! Sadəcə, AyTv.az-ın atatv.az və bakı.az/studiya ilə birgə efirə verdiyi "Qızıl nəfəs" və "Özündən danış" layihə verilişlərinə baxmaq kifayətdir ki, Elona Elen adlı həmsöhbətin kədərli həyat hekayəsi, özü kimi, sizin də gözlərinizi yaşartsın. Həmin verilişin əvvəlindəcə, o, fikirlərinin, ehmalca yana əydiyi başının saçlarıtək dağınıq olduğunu hiss etdirir. Əli ilə saçlarını toplaya bilsə də, fikirlərini bir yerə cəmləməkdə çətinlik çəkdiyini açıq-aşkar büruzə verir -- daşa dəyən ilk məhəbbətindən yanğıyla danışdıqca! Nələr danışmır?! Doğrudan da, kədər, qəm-qüssə dolu bir həyat hekayəsidir danışdıqları. Deyir ki, onda nağıl kimi sevib, elə, nağıl kimi də, sevgi ömrünü yaşayaraq, birdəfəlik başa vurub. Onun sevgi kitabının bütün səhifələri, beləcə, həmişəlik dolub. Onda sevgi onunçün elə şirin olub ki, yenidən elə sevmək də olmur! Yeniyetmə yaşlarında bir başqa eşqlə sevdiyindən, unuda bilmir həmin ilahi sevgisini. Elona Elenin kədərli sevgi etirafının sirləritək, həyat hekayəsinin bağlı bəzi məqamları da, hələlik açılmaz qalıb. Bu ülvi sevgi selində özündən uzaqlaşan xatirələri oyananda, leysana dönən göz yaşlarını da saxlaya bilmir.
O adamı sevdiyi üçün peşiman da deyil. Adını da ona görə çəkmir ki, ülvi sevgisi içində əbədi yaşasın, əlçatmaz qalsın. Sözləri də, taleyi və adıtək qəribə təsir bağışlayan xanım müğənni daha çox onu vurğulayır ki, bəlkə də, o dəlicəsinə sevgisinin ilahi təsirinin əzabıdır indiyədək onu yaşadan, oxudan. Qəribədir, guya, onda qarşı tərəfə elə bağlanıbmış ki, illər ötsə də, indinin özündə hər an darıxır onunçün, şıltaqlıq edən könlü isə, yaman döyünür. Elə, ilk sevgisinin təsirindən də, həyat və fəaliyyət hekayəsi belə hisslərlə, kədərli notlar üzərində yazılıb. Əhvalına, ovqatına bir payız kövrəkliyi hopub o vaxtdan. Buludu, çəni, dumanı, çiskini, yağışı, yağmuru, leysanı yaman üşüdür onu. Və nə qədər ki, yaşayıb, yaradır, ürəyi döyünür, hissi ölməzdir, daşa dəyən ilk sevgisi də, onunla bərabər olacaq -- onu üşütsə də, yandırıb, yaxsa da, bu yanğısının külü göyə sovrulsa da.
Bütün bunlara görə də, bu yazımızda nə onun səs qabiliyyətinin, nə məharətinin, nə də ki, istedadının ölçüsü barədə danışmaq istədik. Sadəcə onu demək istədik ki, Elona Elenin səsi də, sözü də, hələ üstəlik, musiqisi də özünün daxilindən gələn qəribə kədər ölçüsü ilə nizamlanır. Ona tamaşa edib, qulaq asanda da, bir özgə aləmə düşürsən.
Çünki xanım müğənninin hər bir hərəkəti, görünüşü, qiyafəsi, səhnə mədəniyyəti,
baxışı, ifası sənə başqa ovqatlar bağışlayır.
Səsinə söz ola bilməz, lakin həyat hekayəsi kimi, oxuduğu mahnıların əksəriyyətinin sözlərini üzündəki qəm-kədər dünyasından aldığından, stilini dəyişə bilmir. Beləcə, pərəstişkarlarını daim özünün aləmində saxlaya bilir. Yəqin, elə, buna görədir ki, özünü daha çox toylar müğənnisitək tanıdan bu talesiz bilərəkdən yaradıcılığı ilə bağlı bütün köhnə və yeni layihələrinə də, həyatının qüssə-kədər anlarının qəm notlarında yoğrulan dadını qatıb. Adi toy mahnıları belə ürəklərə yanğılı su səpib.
Təsəvvür edin ki, zaldakıların hamısı mahnıları, pıçıltı ilə də olsa, müğənni ilə birgə zümzümə edir. Oxuduğu mahnıya axıradək qulaq asmağa çoxları duruş gətirə bilmir. Onun hər zaman pərəstişkarları ilə yol gedən nəğmələri var ki, vaxt-bivaxt zümzümələrindədir.

Rəsafil BAYRAMOV,
atatv.az saytının rəhbəri.



ELONA ELEN: OXUDUĞU MAHNILARINI KƏDƏR DOLU HƏYAT HEKAYƏSİ İLƏ HARMONİYANIN VƏHDƏTİNDƏN YARADAN MÜĞƏNNİ
ELONA ELEN: OXUDUĞU MAHNILARINI KƏDƏR DOLU HƏYAT HEKAYƏSİ İLƏ HARMONİYANIN VƏHDƏTİNDƏN YARADAN MÜĞƏNNİ
ELONA ELEN: OXUDUĞU MAHNILARINI KƏDƏR DOLU HƏYAT HEKAYƏSİ İLƏ HARMONİYANIN VƏHDƏTİNDƏN YARADAN MÜĞƏNNİ
ELONA ELEN: OXUDUĞU MAHNILARINI KƏDƏR DOLU HƏYAT HEKAYƏSİ İLƏ HARMONİYANIN VƏHDƏTİNDƏN YARADAN MÜĞƏNNİ
ELONA ELEN: OXUDUĞU MAHNILARINI KƏDƏR DOLU HƏYAT HEKAYƏSİ İLƏ HARMONİYANIN VƏHDƏTİNDƏN YARADAN MÜĞƏNNİ
ELONA ELEN: OXUDUĞU MAHNILARINI KƏDƏR DOLU HƏYAT HEKAYƏSİ İLƏ HARMONİYANIN VƏHDƏTİNDƏN YARADAN MÜĞƏNNİ
ELONA ELEN: OXUDUĞU MAHNILARINI KƏDƏR DOLU HƏYAT HEKAYƏSİ İLƏ HARMONİYANIN VƏHDƏTİNDƏN YARADAN MÜĞƏNNİ
ELONA ELEN: OXUDUĞU MAHNILARINI KƏDƏR DOLU HƏYAT HEKAYƏSİ İLƏ HARMONİYANIN VƏHDƏTİNDƏN YARADAN MÜĞƏNNİ
ELONA ELEN: OXUDUĞU MAHNILARINI KƏDƏR DOLU HƏYAT HEKAYƏSİ İLƏ HARMONİYANIN VƏHDƏTİNDƏN YARADAN MÜĞƏNNİ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031