atatv.az
atatv.az

Sabirabad rayon icra başçısının müavini vəzifədən gedib

16-07-2019, 11:52

Sabirabad rayon icra başçısının müavini vəzifədən gedib


Sabirabad rayon icra başçısı Həsən Həsənov müavinini işdən çıxarıb.
Bizimyol.info xəbər verir ki, bu barədə başçının işdən çıxarılan müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şahnaz Babayeva məlumat verib. O bildirib ki, iyul ayının birindən artıq həmin vəzifədə çalışmır və tələsik də olsa onun yerinə təyinat edilib:

“Artıq ayın birindən mən müavin vəzifəsində çalışmıram. Tələsik yerimə təyinat da elədilər. Bu haqda heç nə deyə bilmərəm. Öz ərizəmlə işdən çıxmışam, heç maraqlanmamışam da yerimə kimi təyin ediblər”.
Qeyd edək ki, Sabirabad rayon İcra Hakimiyyətinin rəsmi saytında hələ də başçının müavini olaraq Şahnaz Babayeva göstərilir.

Bizimyol.info






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930