atatv.az
atatv.az

Azərbaycan Cənubi Qafqaz kəməri ilə qazın nəqlini 34% artırıb

17-07-2019, 11:09

Azərbaycan Cənubi Qafqaz kəməri ilə qazın nəqlini 34% artırıb

Azərbaycan bu ilin yanvar-iyun aylarında 35,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsi ilə 4,9 mlrd. kubmetr qaz nəql edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,9% çoxdur.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr ərzində ölkənin magistral qaz kəmərləri ilə 13,9 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,9% artım qeydə alınıb.

Komitənin məlumatına əsasən, magistral qaz kəmərləri ilə nəql edilən qazın 35,2%-i Bakı-Tbilisi-Ərzurum boru kəmərinin payına düşüb.

Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930