atatv.az
atatv.az

Borçalı və Ahıska türklərini nələr gözləyir? - Gürcüstan hökuməti BU ADDIMLARI ATMALIDIR

19-07-2019, 14:23

Borçalı və Ahıska türklərini nələr gözləyir? - Gürcüstan hökuməti BU ADDIMLARI ATMALIDIR

Jirinovskidən tutmuş hətta Putinin özünə qədər, köhnə imperiyanın sərhədləri daxilində Rusiyanı bərpa etmək istəyirlər.

Sabiq dövlət müşaviri Qabil Hüseynli Redaktor.az-a açıqlamasında regionda Azərbaycana qarşı qonşuları tərəfindən artan təxribatların səbəblərinə aydınlıq gətirib. Q. Hüseynli hesab edir ki, hazırda regionda baş verən təxribatların arxasında qara qüvvələr dayanır:



“Rusiya vəziyyəti dərindən dəyərləndirir. Ermənistan onun quberniyalarından biridir. Bu ölkəni tez-tez Azərbaycanla lokal münaqişələrə sövq edir. Ancaq son zamanlar Rusiya Gürcüstanı da Azərbaycana qarşı qaldırmağı bacarıb. Hələ müzakirə mərhələsində olan, ciddi əsasları olmayan Keşikçi Dağ məbədi ətrafında müəyyən adamların, xüsusilə dini radikal qrupların hay-həşir qoparması, hətta Azərbaycan əsgərinin silahının əlindən alınması göstərir ki, proseslərin arxasında ciddi qara qüvvələr dayanır. Bu qüvvələrin regionda söz sahibi olan ölkəyə aid olduğu ortadadır. Çünki onlar Cənubi Qafqazı özlərinin arxa bağçası hesab edirlər. Bu regionu hər zaman gərgin vəziyyətdə saxlamaq üçün ölkələri bir-birinə qarşı qaldırırlar. Bu işdə ermənilərin xidmətindən istifadə edilir. Ermənilər regionda geniş yayılıblar. Gürcüstanda da Rusiyanın tapşırıqlarını yerinə yetirən ermənilər kifayət qədər çoxdur. Onlar bölgəni qarışdırmaq üçün olan tapşırıqları canla-başla yerinə yetirirlər”.

Q. Hüseynli vurğulayıb ki, Rusiyanın istəyi bəllidir:

“Prezident Putinlə yanaşı bir sıra rusiyalı rəsmilər çıxışlarında keçmiş SSRİ-ni bərpa etmək niyyətlərini gizlətmirlər. Hətta regionda olan ölkələrin müstəqilliyini tanımaq istəmirlər. Buna görə də tez-tez regionda qarışıqlıq yaranır. Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycan üçün hazırda əsas məsələ Gürcüstanla münasibətləri qaydasında saxlamaqdır. Ermənistan həm danışıqlar prosesini, həm də atəşkəsi hər zaman pozur. Onların qarşısını Azərbaycan ordusu ala və vəziyyəti nəzarətdə saxlaya bilir”.

QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy da məsələ ilə bağlı saytımıza danışıb. N. Cəfərsoy hesab edir ki, Azərbaycan və Türkiyənin Gürcüstan siyasətində ciddi strateji əksiklik var:



“Hər iki ölkənin Gürcüstan siyasətindəki bu əksikliyi aradan qaldırması vacibdir. Hazırda bu əksiklik və zəiflik Gürcüstan daxili siyasətində tarazlığın əleyhimizə çevrilməsinə səbəb olur.Rusiya (qismən Ermənistan) Gürcüstanın daxili siyasəti üzərindən Azərbaycan-Gürcustan münasibətlərini zəhərləyirlər. Qismən Rusiya güdümlü gürcü siyasətçilər və populist gürcü millətçiləri (bir az yaxşı axtarsaq, bəlkə bir hissəsinin gürcüləşmiş erməni olduğu ortaya çıxa bilər) də bu prosesdə fəal iştirak edirlər. Rusiya patentli İvanişvilinin arxasında olduğu mövcud Gürcüstan hakimiyyəti həm də daxili siyasətdəki populist qayğılarla və tutduğu mövqeyilə Azərbaycanla münasibətlərin gərginləşməsinə münasib imkanlar yaradır”.

N. Cəfərsoy hesab edir ki, Gürcüstan daxili siyasətində mühüm aktora çevrilmədən vəziyyəti qalıcı formada öz lehimizə çevirmək mümkün olmayacaq:

“Hər iki ölkənin Borçalı və Ahıska türkləri ilə bağlı siyasətləri Ankaranın son 30 ildəki türkmən yanaşmasını xatırladır. Ankara və Balı rəhbərliyi bölgəni təhlükəsiz regiona çevirmək, Gürcüstanın strateji müttəfiq kimi qalmasını istəyirlərsə, bu ölkədəki türklər məsələsində ağıllı siyasət yürütməlidirlər. Bu siyasətin ana fəlsəfəsi isə Borçalı və Ahıska türklərinin Gürcüstan cəmiyyətinə inteqrasiyasını təmin etməkdir. Bu inteqrasiya Borçalı və Ahıska türklərinin Gürcüstanda siyasi, iqtisadi, bürokratik sahələrdə də təmsil olunmalarına şərait yaratmalıdır. Bu, təmin edilsə, Gürcüstandakı türklər Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığının qarantı olacaq. Bu, Rusiya və İranın azsaylı xalqlar üzərindən oyun qurmaq imkanlarını da minimuma endirər. Əks halda, biz bundan sonra da rus əsgərlərinin Gürcüstan üzərindən Ermənistana getməsini izləməli olacağıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031