atatv.az
atatv.az

Paytaxtda çörək sexində biabırçı vəziyyət: gəmiricilər var - FOTO

19-07-2019, 14:33

Paytaxtda çörək sexində biabırçı vəziyyət: gəmiricilər var - FOTO
Paytaxtda çörək sexində biabırçı vəziyyət: gəmiricilər var - FOTO


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küç, ev 98 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qəmbərov Ələkbər Zaid oğluna məxsus çörək istehsalı sexinin antisanitar şəraitdə fəaliyyət göstərməsi barədə şikayət daxil olub. Daxil olan şikayət əsasında qeyd olunan ünvanda Agentliyin əməkdaşları tərəfindən monitorinq aparılıb.

AQTA-dan verilən məlumata görə, monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, qanunsuz fəaliyyət göstərən çörək sexinə ilkin baxış keçirilərkən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Baxış zamanı müəyyən edilib ki, sexdə istifadə olunan xammalların mənşəyi məlum deyil, eləcə də temperatur rejimi gözlənilmədən saxlanılır, hazır məhsullar laborator analizlərdən keçirilmir və dezinfeksiya işləri aparılmadığından istehsal sahəsində gəmiricilər mövcuddur.

Müəssisədə ilkin emal və soyutma sahəsi olmadığından unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, çörəklərin açıq hava şəraitində rəflərə yığıldığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.



Paytaxtda çörək sexində biabırçı vəziyyət: gəmiricilər var - FOTO
Paytaxtda çörək sexində biabırçı vəziyyət: gəmiricilər var - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031