atatv.az
atatv.az

Reynmen həmkarlarını məhkəməyə verdi - 29 qəpik təzminat

19-07-2019, 15:26

Reynmen həmkarlarını məhkəməyə verdi - 29 qəpik təzminat

“Ela” adlı yeni mahnısı ilə gündəmə gələn Reynmenin (Yusuf Aktaş) “YouTube” hesabında yerləşdirdiyi klipi qalmaqala səbəb olub.

Oxu.Az xəbər verir ki, bir çox türkiyəli məşhurlar ifaçını saxtakarlıqda günahlandırıblar.

İfaçının mahnısı “YouTube”a yükləndikdən sonra ilk 10 dəqiqədə 400 min, bir saatda isə üç milyon dəfə izlənib.

Hazırda klipin baxış sayı 22 milyonu keçib.

Müğənnilər İşın Karaca, Demet Akalın və Aleyna Tilki iddia edirlər ki, sənətçi klipin baxış sayını saxta izlənmə vasitəsilə artırıb.

Həmkarlarının iradlarını haqsız sayan Reynmen onları məhkəməyə verib. Reynmen hər üç məşhurdan bir türk lirəsi (29 qəpik) mənəvi təzminat istəyir. Məqsəd isə onları təzminatla alçaltmaqdır. Diqqət çəkən məqamlardan biri təzminatın min və milyon deyil, bir lirə təşkil etməsidir.

Qeyd edək ki, məşhur ifaçı 1995-ci ildə İstanbulda anadan olub. O, “Derdim olsun” mahnısı ilə gənclər tərəfindən ən çox dinlənilən və sevilən sənətçi seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031