atatv.az
atatv.az

İraqda türk diplomatı öldürənlərdən biri deputatın qardaşı çıxdı

19-07-2019, 15:30

İraqda türk diplomatı öldürənlərdən biri deputatın qardaşı çıxdı

İraqın Ərbil şəhərində türkiyəli diplomat Osman Kösenin ölümü ilə nəticələnən hücumda iştirak edənlərdən biri Türkiyənin müxalif Xalqların Demokratik Partiyasının (HDP) deputatı Dersim Dağın böyük qardaşı imiş.

Atatv.az oxu.az-a istinadən xəbər verir ki, iyulun 17-də baş vermiş hadisədən sonra Ərbil Polis İdarəsi hücum edənlərdən birinin Türkiyənin Diyarbəkir şəhər sakini Mazlum Dağ olduğuna dair məlumat yaymışdı.

1992-ci il təvvəllüdlü M.Dağın Diyarbəkirdən Türkiyə parlamentinə millət vəkili seçilmiş D.Dağın qardaşı olduğu məlum olub.

İddiaya əsasən, D.Dağ deputat olmaq üçün PKK terror təşkilatına təzyiq göstərib və istəyinə nail olub.

Qeyd edək ki, qətlə yetirilmiş diplomat Türkiyənin Ərbildəki Baş konsulluğunda çalışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031