atatv.az
atatv.az

Əzəli düşmənlərin birliyi ABŞ qarşısında DAYANA BİLƏCƏKMİ? - "Rusiya iləTürkiyəni marağlar birləşdirib..."

26-07-2019, 11:25

Əzəli düşmənlərin birliyi ABŞ qarşısında DAYANA BİLƏCƏKMİ? - "Rusiya iləTürkiyəni marağlar birləşdirib..."

Türkiyə və Rusiyanın strateji müttəfiq kimi ABŞ-ın qarşısında dura bilməsi sual altındadır.

Sabiq maliyyə naziri Fikrət Yusifov Rdaktor.az-a açıqlamasında Türkiyə-ABŞ münasibətlərinin iqtisadiyyata təsirlərindən danışıb. Sabiq nazir hesab edir ki, türk rəsmilər bu gün ABŞ-la əməkdaşlıqdan daha çox Rusiya ilə əlaqələrin genişləndirilməsinə önəm verir:



“Türkiyə ABŞ-ın etdiyi xəbərdarlıqlara və çağırışlara məhəl qoymadı və Rusiyadan “S-400”-ləri aldı. Təbii ki, ABŞ bu məsələyə öz münasibətini sanksiyalar formasında bildirəcək. Bununla Türkiyə müəyyən çətinliklərlə üz-üzə qalacaq. Çünki ABŞ-ın tətbiq edəcəyi sanksiyalar istər-istəməz Türkiyə iqtisadiyyatına, milli valyutasına, ixrac potensialına öz mənfi təsirini göstərəcək. İqtisadiyyatda müəyyən tənəzzül yaranarsa, bu öz növbəsində ölkənin sosial problemlərinin həllində də çətinliklər yaradacaq. Bütün bunlar hökumət üçün arzuolunmayan hadisələrdir”.

Sabiq nazir qeyd edib ki, Türkiyənin ABŞ-dan uzaqlaşması, Rusiya ilə yaxınlaşıb iqtisadi sahədə əməkdaşlığı genişləndirməsi öz seçimidir:

“Təbii ki, ortada elə məqamlar var ki, onları bilmirik. Amma tarix boyu Rusiya ilə Türkiyə bir-birinə əks olan qütblərdə mövcud olublar. Sadəcə müəyyən yaxınlıqlar maraqlar üzərində qurulub. Yəni bu yaxınlıq heç vaxt dərin və səmimi xarakter daşımayıb. Bu dəfə də münasibətlərin bu dərəcədə yaxınlaşması və strateji əməkdaşlığa çevrilməsi sadəcə olaraq hər iki tərəfin maraqlarına xidmət edir. Türkiyənin ABŞ-dan uzaqlaşması, paralel olaraq, Avropadan uzaqlaşması deməkdir. ABŞ Türkiyəyə CAATSA qanununa əsasən sanksiyalar tətbiq etsə, bu, ilk NATO dövlətinə tətbiq edilən sanksiyalar olacaq. Yəni ortada çox mürəkkəb məqamlar var. NATO-nun üzvü olan bir ölkə NATO-nun qarşı durduğu ölkə ilə strateji müttəfiq ola bilməz. Hadisələrin yaxşı istiqamətdə inkişaf etməyəcəyi indidən məlumdur. Vəziyyətin daha da gərginləşməsi, mürəkkəbləşməsi müşahidə ediləcək. Bu da Türkiyə və bölgə üçün yaxşı heç nə vəd etmir”.

F. Yusifov istisna etmir ki, Türkiyənin də əlində ABŞ-a qarşı müəyyən rıçaqlar var:

“Məsələn, qaçqınlar məsələsinin tənzimlənməsində Türkiyənin rolu böyükdür. Türkiyə hər gələnin Avropaya getməsinə imkan yaratsa, Avropada vəziyyət dözülməz həddə çata bilər. Sadəcə sanskiayalar tətbiq edilsə, Türkiyənin əlində olan rıçaqların hansından istifadə etməyə risk edəcəyi sual altındadır. Müəyyən alternativ addımlar atılacaq”.

F. Yusifov qeyd edib ki, ABŞ dünya iqtisadiyyatının 1/4-ni təşkil edən ölkədir:

“ABŞ-ın 720 milyard dollarlıq hərbi büdcəsi var. Bu, Rusiyanın dövlət büdcəsindən iki dəfə çox rəqəmdir. Türkiyə və Rusiyanın strateji müttəfiq kimi ABŞ-ın qarşısında dayanıb dayana bilməyəcəyi də zamanın sualıdır. Bundan sonrakı proseslər hər iki tərəf üçün o qədər də asan olmayacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031